Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Adam öldür, pulunu ver, azad ol”


Bu gün Ali Məhkəmədə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Hümbət Məmmədovun şikayəti üzrə proses davam etdiriləcək


 Prosesdən əvvəl zərərçəkənin nümayəndəsi Aslan İsmayılov sosial şəbəkədəki divarında şəriki Əflatun Piriyevin qətlini sifariş verən Hümbət Məmmədovun rüşvət qarşılığında həbsdən yaxa qurtarmağa can atdığını açıqlayıb. 

Tanınmış hüquqşünasın həmin statusunu təqdim edirik:   

Azərbaycan məhkəmə sistemini xarakterizə edən “pulunu ver, haqqını al” ifadəsinin həqiqət olduğunu sübut edən konkret işləri dəfələrlə diqqətinizə çatdırmışam. Deyəsən, yeni bir “Adam öldür, pulunu ver, azad ol”acınacaqlı ifadə də tezliklə dillər əzbəri olacaq. Yəqin, çoxları xatırlayır ki, 11 iyul 2011-ci ildə Məmmədov Hümbət Aslan oğlu oğurladığı pulları səssizcə yemək üçün onun oğurluğunu ifşa etmiş, öz həmyerlisi, kirvəsi “Azər Ross İK” MTK-nın həmtəsisçisi Əflatun Piriyevi mütəşəkkil cinayətkar dəstənin vasitəsi ilə “Makarov” tipli tapançadan qətlə yetirmiş, hadisə yerində olan Allahverdi Əmiraslanovu da qətlə yetirmək məqsədilə atəş açılsa da, sonuncu təcili həkim müdaxiləsi nəticəsində sağ qalmışdı. 

İşdə müəmmalı və qanunsuzluğu təsdiqləyən faktlar var!
1 iyul 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi qətli sifariş verən Hümbət Məmmədovu və qətli icra edən Vüsal Qurbanovu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2014-cü il tarixli Qərarı ilə hökm qüvvədə saxlanılmışdır. Bundan sonra Hümbət Məmmədovun kassasiya şikayəti əsasında dəfələrlə iş Ali Məhkəmədə baxışa təyin olunsa da, müxtəlif səbəblərdən iş baxışdan çıxarılmış və ya təxirə salınmışdır. Həmin iş yenidən bu gün, 29 iyun 2016-cı il tarixdə saat 16:30-da baxılacaqdır. Bu günlərdə əldə etdiyim Hümbət Məmmədovun kassasiya şikayəti ilə tanış olarkən, həmin işdə yeni müəmmalı və qanunsuz faktların meydana gəldiyini aşkar etdim. Belə ki, Hümbət Məmmədov kassasiya şikayətində qeyd edir ki, onun Azərbaycan Respublikası vətəndaşı olmaması faktı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2015-ci il tarixli Qərarı ilə təsdiq olunduğundan, apellyasiya instansiyasının qərarı ləğv edilməli və o, Azərbaycan Respulikasının vətəndaşı yox, Rusiya Federasiyasının vətəndaşı kimi qeyd olunmalıdır. Təcrübəsiz hüquqşünas burada qeyri adi bir hal olmadığını deyə bilər. Mən isə bunun arxasında nə olduğunu anladım. Elə istintaq və keçirilmiş məhkəmələr dövrü də Hümbət Məmmədov israrla buna nail olmaq istəyirdi. Bütün hallarda bu tələbin qanunsuz olduğunu sübut edən onlarca dəlil tərəfimdən istintaq və məhkəmə orqanlarına təqdim olunmuşdur. 

Bu Hümbət Məmmədova nə üçün lazımdır? 

Cavab verirəm, ona görə ki, Hümbət Məmmədov bir müddət Rusiyada işləmiş və bu dövrlər çox sıx əlaqədə olduğu Rusiya hüquq-mühafizə orqanları vasitəsilə həmyerlilərmizə qarşı ən ağır cinayətlər törətmiş və cəzasız qalmışdır. Hələ istintaq dövrü Rusiyada Hümbət Məmmədovun və onun hüquq-mühafizə orqanlarındakı dostları vasitəsilə müflis edilən bir neçə azərbaycanlı şəxsən mənə müraciət etmiş, mən də onları Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönəltmişdim. 

Qətl sifarişçisi Rusiyaya ekstradisiya olunub azadlığa çıxmaq istəyir!
İndi Hümbət Məmmədovun məqsədi - hökmdə dəyişiklik etdirib Rusiya Federasiyasının vətəndaşı kimi tanınmaq və tezliklə cəza çəkmək üçün Rusiya ərazisinə ekstradisiya olunmaqdır. O əmindir ki, həmin dostları onu qısa bir müddət ərzində azadlığa çıxaracaqlar. Vətəndaşlıqla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2015-ci il tarixli Qərarı və həmin iş materialları ilə tanış olmasam da, birmənalı deyirəm ki, həmin Qərar aşağıdakılara görə tam qanunsuz və əsassızdır.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 6-cı maddəsindən də göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır:

1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
2) Azərbaycan Respublikası vətəndaşının pasportu.
Hümbət Məmmədovun hər iki sənədi mövcuddur, bu isə o deməkdir ki, həmin şəxs, birmənalı olaraq, Azərbaycan Respublikasının vətəndaşıdır.
Həmin Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:
1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.

İşin hallarından məlum olduğu kimi, Hümbət Məmmədovun vətəndaşlığına 2-ci hissədə göstərilmiş əsasla xitam verilmişdir, yəni Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi adlanan həmin Qanunun 18-ci maddəsində qeyd olunduğu kimi, (həmin maddədə sadalanan digər əsaslarla yanaşı) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi məhkəmə tərəfindən həll edilsə də, həmin Qanunun 18-ci maddəsinin sonuncu abzasında nəzərdə tutulmuşdur ki, bu məsələlər həmin Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilməlidir.

Həmin Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrindəki məhdudiyyətlər isə bunlardır:

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Hümbət Məmmədovun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmünün olması, Hümbət Məmmədovun dələduzluq cinayəti nəticəsində çoxsaylı insanlara maddi ziyan vurması və həmin öhdəliklərini tam icra etməməsi onu deməyə əsas verir ki, Hümbət Məmmədovun Azərbaycan Respublikası vətəndaşı olmaması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2015-ci il tarixli Qərarı tam qanunsuz və əsassızdır.

Bundan əlavə, məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2015-ci il tarixli Qərarı ilə Hümbət Məmmədovun Azərbaycan Respublikası vətəndaşı olmaması faktı təsdiq edilərkən, qeyd olunan məhkəmə prosesində Dövlət Miqrasiya Xidməti də iştirak etmişdir. Sözügedən məhkəmə qərarından Dövlət Miqrasiya Xidməti tərəfindən apellyasiya şikayətinin verilməməsi faktı da həmin işdə böyük marağın olduğuna aydın bir işarədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar