Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aktrisadan 15 min almışam”



“Sözün kadrı” layihəsinin budəfəki qonağı şair İlqar Fəhmidir. Rejissor Rövşən İsax onun “Aktrisa” romanının motivləri əsasında “Aktrisa” filmini çəkib


Axar.az “Aktrisa” filmi haqda söhbəti təqdim edir:
 
“Aktrisa” filmindən tam razı qalmadım
 
– “Aktrisa” filminin çəkilişlərindən razı qaldınız? Rejissor əsəri istədiyiniz kimi canlandıra bilibmi?
 
– Bilirsiniz, mən bu barədə yazıçılarla razılaşmıram. Onlar istəyirlər ki, hər şey özləri istədiyi kimi olsun. Yazıçının istədikləri kitabda əks olunub. Film isə rejissorun məhsuludur, istədiyi formada ortaya qoya bilər. Filmi öz istədiyin kimi çəkmək istəyirsənsə, onda zəhmət çək, filmi özün çək. “Aktrisa” filmindən, təbii ki, tam razı qalmadım, tam mənim istədiyim kimi çəkilməyib. Bu da təbiidir. Çünki baş qəhrəmandan tutmuş hadisələrin gedişatına qədər hər şey rejissorun istədiyi kimi olur. Amma mən bu məsələyə sərbəst yanaşıram, bu belə də olmalıdır. Ona görə ki, film ssenari müəllifinin adı ilə deyil, rejissorun adı ilə bağlıdır – yaxşı da alınsa, pis də alınsa. Ssenari müəllifi filmin çəkiliş işinə qarışmamalıdır. Ya razılaşma çəkilməyə, ya da razılaşırsansa, qarışma, çünki razılaşanda sahiblik hüququnu rejissora vermiş olursan.
 
– Filmdə konkret bəyənmədiyiniz detallar oldu?
 
– Mən kinoya çəkilişi baxımından qiymət verə bilmərəm, çünki peşəkar kino adamı deyiləm. Sənətin incəliklərini bilmirəm, ona görə də harada rejissor, aktyor səhvi olduğunu, işığın harada düzgün quraşdırılmadığını deyə bilmərəm.
 
Rejissora demişdim ki...
 
– Kino sahəsinin adamı olmasanız da, rejissor çəkiliş zamanı sizlə məsləhətləşmədi?
 
– Əlbəttə, məsləhətləşdik. Filmdə bəyənmədiyim cəhət yox idi, çünki bunları əvvəlcədən danışmışdıq. Əsərdə olacaq dəyişikliklərə də özüm razılıq vermişdim. Mən rejissora demişdim ki, mən istəmərəm, sən filmi tam mənim yazdığım kimi çəkəsən. Mənə lazımdır ki, sən həmin materialdan özünə aid bir şey ortaya qoyasan, tamaşaçı kitabdan ayrı, filmdən ayrı effekti alsın. Biz buna qismən də olsa, nail olduq – əsərə yanaşmada fərqli münasibət hiss olunur. Mən birbaşa ekranlaşdırma istəmərəm, bunun nə mənası olar ki?
 
– Bəs ssenariyə görə qonorar aldınız?
 
– Bəli, almışam.
 
– Deyə bilərsiniz nə qədər?
 
– Dəqiq yadımda deyil, çünki hissə-hissə verilmişdi, haradasa 14-15 min idi.
 
– Qarşıda hansı proyekt var? Növbəti hansı əsərinizə film çəkiləcək?
 
– Çox ssenarimə film çəkilib. Amma onların heç biri mənim əsərim əsasında olmayıb. Sadəcə, rejissordan təklif gəlib ki, “bu mövzuda bir şey istəyirəm”, mən də yazmışam. Məsələn, Eldar Quliyevlə işlədiyimiz “Dərvişin qeydləri”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. belə filmlərdəndir. “Aktrisa” isə tam mənim öz əsərimdir. Kinostudiyada iki almanax var – “Bakı gecələri” ilə “Xəzər etüdləri”. Onlar da mənim əsərlərim əsasında yazılıb, yəni rejissor təklifi ilə yazılan ssenarilərdən deyildi. Payızda bir film çəkiləcək, onun da əsas süjet xətti mənim olacaq. “Gecə qonağı” adlanan bu filmin üzərində Kənan M.M işləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar