Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Allah heç kəsin ağlını əlindən almasın!”


Yəqin çoxları bilmir, amma vaxtilə İngiltərədə pul siyasətinə rəhbərlik edərkən İsaak Nyuton kimi dahini səriştəsizlikdə, fırıldaqçılıqda ittiham ediblər


Bir qədər araşdırma apardıqdan sonra alim öyrənib ki, onu bu cür yaramazlıqda ittiham edən şəxsin özü saxta pul kəsən insanlarla iş qurub, sonra onları polisə satmaqla pul qazanan alçaq və şərəfsizin biridir. Təbii ki, həmin şəxs layiqli cəzasına çatır…

Bu günlərdə AzTV-nin keçmiş əməkdaşı Ağanisə Sultanovanın FB-dəki şüvənini gördükdə bu əhvalat yadıma düşdü. Maraqlıdır, görəsən Ağanisə hansı ədalətdən danışır? Görün, AzTV rəhbərliyi nə qədər səbirlidir ki, TV meyarlarına (diksiya, ləhcə, intellekt, zahiri görünüş) qətiyyən uyğun gəlməyən birinə 9 il dözüb, hələ üstəlik jurnalistlərin binasından mənzil almasına da imkan yaradıb!

Halbuki, deyilənə görə, xanım jurnalist onun kaprizlərini yerinə yetirməyən şəxslərin həyatını qaraltmaqda ustadır. Onun “Xalq qəzeti”ndə ştatdankənar müxbir kimi çalışdığı dönəmdə Rövşən Didivarini necə şantaj etdiyi, AzTV-nın ictimai-siyasi proqramlar redaksiyasında calışmış Arzu adlı gənci işdən çıxartdırdığı bir çoxlarının yadındadır.

Səbəb də eyni imiş: həmin gənclər onunla ailə həyatı qurmaq istəmirmişlər. Media cameəsində danışırlar ki, hətta Rövşən Didivarinin imtinasından və onun başqa xanımla ailə qurmasından sonra özünü “tanınmış” jurnalist adlandıran xanım Sultanova bir müddət hansısa klinikada yataraq, əsəblərini müalicə etdirib.

Arzuya gəldikdə isə, özündən 10-15 yaş kiçik olan Ağanisə xanımla münasibətlər AzTV sədrinin müavini İbrahim Məmmədovun kabinetində həmin şəxslərin üzləşməsi və “razborkası”na gətirib çıxarıb. Və üzləşmədən sonra Ağanisə ona evlənməkdən imtina edən Arzunun işdən qovulmasına nail olub. Ümumiyyətlə isə, Ağanisə ictimai-siyasi proqramlar redaksiyasının “favoritkası” olub. Onun AzTV-yə ikinci gəlişi də İbrahim Məmmədov hələ baş redaktor olarkən baş tutub.

Deyilənə görə, Ağanisəni AzTV-dən ilk dəfə qovan Nizami Xudiyev olub. Belə ki, onun sədrliyi dönəmində qeyri-adekvat davranışa malik olan Ağanisə radioda çalişan Şərəf adlı bir xanım əməkdaşla dava salıb. Bundan xəbər tutan Xudiyev ştatdankənar müxbir olan Ağanisənin AzTV-yə buraxılmamasını tapsırıb.

Ən gülməlisi isə odur ki, bugünlərdə israrla dəyərli jurnalist həmkarlarından dəstək istəməklə məsğul olan Ağanisə bunu öz doğma bacılarından istəyə bilmir. Əcəba, görəsən, nədən, jurnalistika sahəsində çalışan digər iki bacısı Ağanisənin mənzilində qalmaqdansa, kirayədə yaşamağa üstünlük verir?

Lap yada vaxtilə görkəmli yazıçı Mirzə İbrahimovun ermənilərə söylədiyi ifadə düşür: “Allah heç kəsin ağlını əlindən almasın!”.(yeniçağ.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar