Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Almaniyada gəlmələrə münasibət dəyişməyib“


"Qaynarinfo.Az" saytı Almaniyada baş verən terror aktları ilə bağlı tanınmış hüquqşünas, hazırda Almaniyada yaşayan Əlövsət Əliyevdən müsahibə alıb


PİA.AZ həmin musahibəni təqdim edir:

-Almaniyada hazırda vəziyyət necədir? Əhalidə panika yaranıbmı? 

- Almaniyada baş verənlər terror aktı deyil. Silahli insidentdir. 22 iyulda Münxenin "Olimpiya" ticarət mərkəzinin yerləşdiyi rayonda bir nəfərin atəş aşması nəticəsində  10 nəfər həlak olub, 20 nəfərə yaxın insan xəstəxanalara yerləşdirilib. Polisin məlumatına görə, hadisə valideynləri İrandan olan 18 yaşlı Almaniya Federativ Respublikasının vətəndaşı tərəfindən törədilib. Polisin verdiyi məlumata ğörə, hücumun motivləri hələ də məlum deyil. O, tək olub və sonda intihar edib. O biri hadisələri də ayrı-ayrı adamlar törədib. 

- Gəlmələrə qarşı münasibətin dəyişdiyi hiss olunurmu?

- Bu, adi hadisədir. Alman polisi hadisəni törədən şəxsin Almaniya vətəndaşı olmasını bildirsə də, bəzi KİV-lər onun İran əsilli olmasını önə çəkməklə diqqəti hadisənin gəlmələrlə bağlı olmasını, gəlmələrin inteqrasiyasında ciddi problemlərin olması kimi hallara çəkməyə can atır. Buna baxmayaraq, belə hadısələr Almaniyada gəlmələrə qarşı münasibətin dəyişməsinə səbəb ola bilməz. Cünki bu sahədə oturuşmuş və davamlı nəzarət olunan bir dövlət siyasəti mövcuddur. 

 - Sizin bir hüquqşünas kimi versiyalarınız nədir? Əslində nə baş verir? 

- Hüquqşünas kimi onu deyə bilərəm ki, baş verən hadisələr silahlı insidentdir. Hadisəni törədən şəxslərin, şübhəsiz ki, psixi problemləri olub. Məlumata görə, hava limanındakı cinayəti törədən şəxsin hadisədən əvvəl Almaniya vətəndaşı olan dostları ilə mübahisəsi olub. Bildirilir ki, onun valideynləri nüfuzlu insanlardır. Mən bu hadisələrin vahid mərkəzdən idarə olunmasını və aralarında bağlılıq olmasını zənn etmirəm. 

-Baş verənlər gözlənilən idimi? 

- Almaniya 80 milyondan cox vətəndaşın və milyonlarla əcnəbinin yaşadıgı məmləkətdir. Bu qədər insanın yaşadıgı ölkədə ildə və ya 5 ildə bu kimi bir cinayətlərin olması mümkündür. Almaniyanin qonşuluğunda, Fransada, Belçikada baş verənlərdən sonra bu tipli hadisələrin Almaniyada da baş verməsini gözləmək olardı. Lakin ümid edirik ki, Almaniyanın hüquq mühafizə orqanlarının sayıqlığı bu ağır terror hadisələrinin baş verməsinin qarşısını ala biləcək.

- Özünüz necə, narahatsınızmı? 

- Qətiyyən narahat deyiləm. Alman höküməti hadisə baş verən dəqiqədən çox aydın şəkildə baş verən hadisə ilə bağlı insanları məlumatlandırır. Alman polisinin sözçüsü  daim mətbuata acıqdır. Təbii ki, hadisəni torədən şəxslərin və ya onların valideynlərinin doğulduğu ölkə, gəlmə olması, alman əsilli olmaması kimi məlumatların vurğulanmasını pisləyirəm. Hesab edirəm ki, bu kimi hallar Almaniya vətəndaşlarında gəlmələrə münasibətin dəyişməsinə küll halında səbəb ola bilməsə də, kimlərinsə diqqətini çəkə və bəzi hallarda narahatlıga səbəb ola bilər. İstənilən halda Almaniya çoxsaylı millətlərin məskunlaşdığı və onların əksəriyyətinin Almaniyanı özünə vətən hesab etdiyi bir ölkədir. Almanlar da bunun mahiyyətini dərk edir. Hesab edirəm ki, Almaniyada gəlmələrin əleyhinə yönələn xüsusi aksiyalar keçirilməsi mümkun deyil. Almaniyada siyasətə yox deyilə bilər, konkret insanlara yox. 

Həm də ona görə narahat deyiləm ki, baş verənlər Almaniya Hökumətinin tam diqqət mərkəzindədir. Hətta Almaniyanın Federal Kansleri Anqela Merkel baş verənlərlə bağlı  məzuniyyətini təzirə saldı. 

- Hazırda Almaniyanın küçələrində hansısa fövqəladə polis hazırlığı diqqəti çəkirmi? Yoxsa, həyat əvvəlki axını ilə davam edir? 

- Mənim yaşadığın ərazidə hec bir dəyişiklik yoxdur və polislərin güclənmdirilmiş iş rejiminə keçməsi halı mövcud deyil. Hər şey əvvəlki axarında davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar