Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amnesty İnternational“ın iki əməkdaşı Bakıya niyə buraxılmadı?

Məlumata əsasən “Amnesty International”ın iki əməkdaşı Natalya Nozadze və Levan Asatiani ( hər ikisi Gürcüstan vətəndaşıdır-red) oktyabrın 7-i günorta saatlarında Bakıya gəlib


Pasport yoxlanışı zamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycan miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə əlaqədar mövcud problemlər haqqında onları məlumatlandırıb.

 Müvafiq olaraq onların ölkəyə girişi məhdudlaşdırılıb. 

Nozadze və Asatiani bu tələblərlə razılaşıb, öz biletlərinin dəyişərək elə həmin gün 18:44 radələrində təyyarə ilə Bakıdan Tbilisiyə geri qayıdıblar.

Qeyd edək ki, “Amnesty International”-ın bu əməkdaşları ölkə siyasəti və insan haqlarının qorunması üzrə vəziyyəti kəskin şəkildə pisləyən Azərbaycan haqqında hesabat və məqalələrin hazırlanmasında iştirak edirlər. Bu müəlliflər tərəfindən hazırlanan materiallarda Azərbaycanda inkişafı göstərən pozitiv faktlar heç vaxt öz əksini tapmayıb. 

Onların sonuncu səfərinin əsas məqsədi parlament seçkiləri ərəfəsində ölkədə insan haqların qorunması ilə bağlı əlavə məlumatların toplanması olub. 

Ailəsi erməni əsilli olan (etibarlı mənbələrdən aldığımız məlumata görə-red) Natalya Nozadze Bakıda Avropa Oyunları ərəfəsində dərc olunan qərəzli “Bakı – ziddiyyətlər şəhəri” məqaləsinin müəllifidir. 
Bu məqalə tamamilə neqativ xarakterdə olub: Müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlar barədə heç bir məlumata yer verilməyib. 

Müəllif yalnız neqativ aspektlərə diqqəti cəmləyib. Jurnalistika sahəsində yeni olan Levan Asatiani (bəzi KİV-in məlumatına görə erməni əsillidir) sosial şəbəkələrdə öz aktivliyi ilə seçilir. Bu cür şəbəkələrdə onun paylaşımlarının əksəriyyəti Gürcüstana, Ukraynaya, Ermənistana deyil, Azərbaycana həsr olunur. Amma o “CV”sində özünü region üzrə ekspert qismində təqdim edir. 

Asatiani Azərbaycanda insan haqları sahəsində vəziyyəti təhrif edən xeyli sayda subyektiv paylaşımları, həmçinin bu məsələ ilə bağlı kəskin bəyənatlar ilə yadda qalıb. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar