Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ana dilimizi qoruyaq“


Artıq 13 ildir ki, ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir


Şübhəsiz ki, ana dilini sevmək, onu inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. 

Zaman-zaman müxtəlif imperiyaların əsarəti altına düşsə də, Azərbaycan xalqı heç vaxt dilindən imtina etməyib. 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, keçirdiyi 23 illik müstəqillik yolunda da ölkədə dilin inkişafı, onun təkmilləşməsi və təbliği üçün xeyli sayda işlər görülüb. Lakin diqqət etsək, görərik ki, hələ də ana dilimiz öz şəffaflığına qayıda bilməyib. Hələ də məişət dilində çox sayda xarici sözlər istifadə olunur. Hətta bu sözlər dilimizə o qədər hopub ki, bəzən onların digər bir dilin hissəsi olduğu da unudulur. 

Xəlil Əliyev, GDU-nun Azərbaycan dili kafedrasının dosenti: “Bunun hamısı ərazimizin işğalı ilə bağlıdır. Ərəblər işğal etdi, öz dilini gətirdi. Çar Rusiyası işğal elədi rus-tatar məktəbi, Qori seminariyasını açdı, kadr yetişdirdi, gəldilər rus dilini təbliğ etdilər, dilimizi korladılar. Dil xalqın milli sərvətidir”.

Müsahibimiz qeyd edir ki, dilimizə hopan bu sözlərdən yaxa qurtarmaq üçün gələcək nəsillərə Azərbaycan dilinin mənşəyi və kökü düzgün və aydın şəkildə öyrədilməlidir.

Xəlil Əliyev: “Dilə qayğı ordan başlayır. Ağaca qulluq eləməsən, o böyüməz. Dilə də gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən, artıq budaqlarını kəsəsən, alaq otlarını təmizləyəsən. Bunlar da bizim alaq otlarımızdı. Gəlib düşüblər dilimizə. Təmizləmək lazımdır ki, camaat da ondan istifadə eləsin”.

Ana dilimizi qorumaq, onu inkişaf etdirmək, saf şəkildə gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının öhdəliyindədir. Buna görə də dilə hörmət və qayğı bağça və məktəbdən əvvəl ailədən başlamalıdır. Ən azından düzgün və səlist ana dilində danışmağı bacarmaq hər bir azərbaycanlının borcudur.

Ana dilimizi qoruyaq. Unutmayaq ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar