Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anar Məmmədlinin həbsi biabırçılıqdır“


Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov "Deyerler.Org" açıqlamasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin həbsini biabırçılıq adlandırıb.
 
"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində istintaqın getdiyi bir ərəfədə tez-tələsik 3 aylıq həbs qətimkan tədbiri seçilməsi biabırçılıqdır.
 
A.Məmmədlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci Maddəsinə (Qanunsuz sahibkarlıq) uyğun olaraq ittiham olunması hələ günahın sübut olunmadığı bir müddətdə onun həbs olunmasına əsas vermirdi. CM görə hətta onun günahı sübut olunacağı təqdirdə “vurduğu ziyanın” 2 mislini ödəməklə cəzasını çəkmiş ola bilərdi. Lakin, hüquq mühafizə orqanlarının tələskənliyi ona qarşı cinayət işinin açılmasında başqa motivlərin olduğunu düşünməyə əsas verir.
 
SMDT indiyədək Azərbaycan Respublikasında keçirilən 12 seçkini müşahidə edib və həmin seçki prosesi dövründə on minlərlə könüllü müşahidəçiyə təlimlər keçib, onların müşahidə aparmaq imkanlarını artırıb.
 
Hakimiyyət artıq A.Məmmədlinin sədri olduğu Seçki Monitorinq Mərkəzinin fəaliyyətini qadağan etmək təcrübəsindən yararlanmışdı. SMM 2008-ci ildə məhkəmənin qərarı ilə ləğv edildikdən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi yaradıldı və bu qurumun qeydiyyatı mümkün olmadı. ", - deyə Ə.Həsənov bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar