Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anar Məmmədovun təşkilatını ABŞ bağlayıb”


Mərkəz rəhbərindən ilginc açıqlama


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Anar Məmmədovun yaratmış olduğu və ABŞ-da Azərbaycan hakimiyyəti üçün lobbiçilik edən Azərbaycan-Amerika Alyansı fəaliyyətini dayandırıb. 

Yayılan məlumatlara görə buna səbəb Məmmədovların düşdüyü çətin maliyyə durumu olub.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, əslində səbəb maliyyə ilə bağlı deyil, səbəb başqadır: “Heç bir halda bu qərarı Anar Məmmədov özü təkbaşına verə bilməzdi. Cəmi bir həftə əvvəl Anar Məmmədovun öz adından məlumat yayıldı ki, o, ABŞ-a yollanır və Alyansın fəaliyyətini daha da gücləndirəcək. İndi birdən məlumat yayılır ki, Azərbaycan-Amerika Alyansının fəaliyyəti dayandırılıb. Bu, ABŞ-ın Azərbaycan hakimiyyəti ilə bağlı atdığı addımdır. Azərbaycanda son vaxtlar çoxlu sayda ABŞ təşkilatları bağlanıb, onlar haqqında cinayət işi açılıb. 

İndi ABŞ qarşılıqlı cavab verir. Bununla demək istəyirlər ki, Azərbaycanın belə addımlarına adekvat cavab verməmək sonsuza qədər davam eləyə bilməz. ABŞ-ın Rusiyaya yaxınlaşan region dövlətləri ilə bağlı konkret addımlar atması dönəmi başlayıb. Azərbaycan-Amerika Alyansı da buna görə bağlanıb. Həmin təşkilatın bağlanması təşəbbüsü böyük ehtimalla Amerika tərəfindən olub. Düşünürəm ki, qarşıdakı dönəmdə biz bu tip addımların davamını görəcəyik. Görünür, artıq Qərb yerinə yetirilməyən, arxasından qaçılan vədlərdən yorulub və qarşılıqlı addımlara keçib". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar