Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anar Məmmədxanovun bir arzusu var idi...” - Asim Mollazadə


“Anar Məmmədxanov çox vətənpərvər insan idi. Onun bəlkə də ən böyükk arzusu Qarabağı azad görmək, doğma torpaqlarımızda olmaq idi”


Bunu Azvision.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Mərhum deputat Anar Məmmədxanovun yaxın dostu olan A.Mollazadə hələ də onun yoxluğuna alışmadığını deyib.

“Anar Məmmədxanov Azərbaycanı çox sevən və böyük istedada malik olan bir şəxs idi. Onun ölümü bizim üçün çox ağır itki oldu. Onun əsas xüsusiyyətlərindən biri də Qarabağa olan sevgisi idi. Anar Qarabağı azad görməyi arzulayırdı. Onunla şəxsi dostluğumuz var idi. İndi də ailəsi ilə əlaqələrim var”,-deyə millət vəkili vurğulayıb. 

Qeyd edək ki, bu gün Anar Məmmdxanovun vəfatının il dönümüdür. O 4 il bundan əvvəl - 23 aprel 2011-ci ildə 40 yaşında qəflətən ürək tutmasından vəfat edib. 

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A. Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Üç övladı var.

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar