Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Apreldə “İsgəndər”ləri döyüşə hazırlamışdıq, Bakı bunu bilirdi…”


Ermənistan növbəti dəfə “İsgəndər” raketlərindən “kozır” kimi istifadə edərək Azərbaycanın ünvanına hərbi təhdidlə çıxış edib


Virtualaz.org xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan bu gün jurnalistlərə bildirib ki, onlar “İsgəndər” operativ-taktiki raketlərini heç kimdən icazə almadan tətbiq edə bilərlər.

Polkovnik Yağmuryanın sözlərinə görə, “İsgəndər” raketləri ilk dəfə sentyabrın 21-də hərbi paradda nümayiş olunsa da Ermənistan ordusunun silahlanmasına daha əvvəl daxil olmuşdu və aprel döyüşləri zamanı döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

“İsgəndər”lərin tətbiq olunması ilə bağlı heç bir problemimiz yoxdur. Bu raketləri tətbiq etmək üçün Moskvadan icazə almaq məsələsinə gəldikdə isə xatırladıram ki, aprel döyüşləri zamanı bizim bölmələrimiz artıq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi və erməni rəhbərliyi qərar qəbul etsəydi istənilən an zərbə endirə bilərdik”-Yağmuryan deyib.

Erməni polkovnikin sözlərinə görə, hələ bu raketləri almazdan əvvəl onları idarə etmək üçün ekipajlar formalaşdırıldı və təlim keçmək üçün Rusiyaya göndərildi. “Onlar poliqonda sınaqlardan dərhal sonra kompleksləri qəbul etdilər”-Yağmuryan bildirib.

Erməni polkovnikin sözlərinə görə, aprel döyüşlərində “İsgəndər” komplekslərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən Bakı da xəbərdar idi.

Xatırladaq ki, “İsgəndər” raketlərinin Ermənistana hələ 2013-cü ilin yayında ötürüldüyü məlum idi və bu haqda xəbərlər yayılmışdı. Və Azərbaycan tərəfi də bu fakt barədə məlumatlı idi və müdafiə naziri Zakir Həsənovun bu günlərdə bəyan etdiyi kimi Ermənistana verilən “İsgəndər”lərin parametrləri Bakıya məlum idi. Bunlar böyük ehtimalla 280 kilometr mənzilli “İsgəndər-S” kompleksləridir. Lakin “İsgəndər” raketləri aprel döyüşlərində Azərbaycan ordusunun ermənilərin müdafiə xəttini iki istiqamətdə darmadağın etməsində düşmənin hesab etdiyi kimi çəkindirici rol oynaya bilmədi. Çünki Ermənistan da bunu yaxşı bilirdi ki, “İsgəndər”lərin işə düşməsi Naxçıvan istiqamətindən hansı əks-zərbələrin endirilməsi ilə nəticələnəcək...

Ümumiyyətlə, Ermənistan tərəfinin son günlər istifadə etdiyi taktika-“İsgəndər” raketləri haqda tez-tez danışması və Rusiyadan yeni “uzaqvuran, dəqiq silahlar alınacağı” haqda xəbərləri sızdırması bu ölkənin təmas xəttində gərginliyi yenidən artırmaq niyyətlərindən xəbər verir. Və Bakıda bunu hələlik təmkinlə izləyirlər...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar