Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aqramuntla bağlı hadisədən sonra AŞPA-ya olan etimad sarsılıb”


Səməd Seyidov: “Aqramuntla bağlı hadisədən sonra AŞPA-ya olan etimad sarsılıb”


AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov virtualaz.org-a təşkilatın sədri Pedro Aqramuntun Suriyaya özbaşına səfəri ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Aqramntun bu addımı AŞPA üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər. Yarandığı 1949-cu ildən bəri təşkilatda analoji heç bir hal baş verməyib.

Xatırladaq ki, Aqramunt Rusiya Dövlət Duması üzvləri və bir sıra digər AŞPA deputatları ilə birlikdə mart ayının sonarında Suriyaya səfər edib. Səfər çərçivəsində onların Suriya prezidenti Bəşər Əsədlə görüşü baş tutub. Bundan əlavə, nümayəndə heyəti Rusiya Hərbi-Kosmik Qüvvələrinin Hmeymimdəki bazasında olub və burada Qarşıduran tərəflərin barışdırılması üzrə Mərkəzin fəaliyyəti ilə tanış olub.

Avropalı deputatlar hesab edirlər ki, Aqramunt öz planları ilə bağlı AŞPA-nın müvafiq strukturlarını xəbərdar etməməklə səhvə yol verib və bu, təşkilatın prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bununla birgə, Səməd Seyidov AŞPA sədrinin hərəkətlərində çox əhəmiyyətli bir qəbahətin olmadığını da bildirib:

AŞPA-da impiçment proseduru yoxdur, həmçinin Aqramunt hərəkətlərinə görə üç dəfə üzr istəyib. Lakin bütün bunlara baxmayaraq, deputatlar onun istefasında israrlıdırlar. Qərara alınıb ki, bu məsələyə növbəti iclasda baxılsın və mən məsələnin nə ilə bitəcəyinə dair proqnoz verməkdə çətinlik çəkirəm. Hələlik yalnız bir şey aydındır: AŞPA artıq kimisə tam həcmdə müdafiə edə bilmir, ona olan etimad isə xeyli sarsılıb”, - S.Seyidov deyib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar