Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Araz müəllim avara deyil, avaranın, bivecin öndə gedənidir” – Həftənin sitatları



Seymur Baycan: “Başqa dil bilsəydim, Azərbaycan dilində bir cümlə də yazmazdım və hər dəfə Azərbaycan dilində mətn yazanda özümü dərindən təhqir olunmuş adam kimi hiss edirəm”.


Elza Seyidcahan: “Xarici ölkələrdə birinci yerdə uşaqlar, ikinci qocalar, üçüncü heyvanlar, dördüncü qadınlar, beşinci velosiped, altıncı kişilərdir”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Məndə olan məlumata görə pulları xaricdə, orada-burada gizlədirdilər. İxrac edilən malların satışından əldə edilən gəlir tam şəkildə ölkəmizə gəlməlidir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Obama bizi aldatdı, Tramp isə mənə dedi ki, birlikdə çox iş görəcəyik”.

Azərbaycan Respublikasının I vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan da az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev: “Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir”. 

Suriya prezidenti Bəşər Əsəd: “Biz terroristlərə qalib gəldikdən sonra ABŞ-ın və Türkiyənin hərbiçiləri Suriyadan özləri rədd olub getməsələr, onları güclə vurub çıxarcağıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Əslində, terror qruplaşmalarına qarşı birgə fəaliyyət göstərməyimizi söyləmişdilər. Yeni görüşlərimizdə artıq bunun detallarını üz-üzə müzakirə edəcəyik. Təbii ki bir çox məlumatları onlara təqdim edəcəyik. Əvvəllər PKK ilə bağlı məsələlərdə əlaqələrimiz olub. Obamanın hakimiyyəti dönəmində də əlaqələrimiz mövcud idi. Ancaq təəssüf ki, Obama hakimiyyəti PYD və YPG məsələsində bizi aldatdı”.

Daxili işlər naziri Ramil Usubov: “IV İslam Həmrəyliyi Oyunları ərəfəsində asayişin və təhlükəsizliyin təmin olunmasına daxili işlər orqanlarından cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq”.

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov: “Onlar Rusiyada müharibə olmasını istəyirlər... Siz jurnalistlər, o şeytana satılmışlara deyin ki, çeşen xalqı qarşısında diz çöküb üzr istəsinlər. Ona görə ki, çeçen xalqını təhqir edib aşağılayıblar və öz uydurmaları ilə ittiham ediblər”.

Fransa prezidentliyə namizəd Fransua Fiyon: Rusiyanın Krımdan gedəcəyi ilə bağlı danışmaq faydasızdır. Bu heç vaxt baş verməyəcək. Krım məsələsinə yanaşmada iki əsas və bir-birinə zidd olan prinsipləri hesaba almaq lazımdır: Sərhədlərə hörmət və xalqların öz müqəddəratını təyin etmə hüququ. Heç kim inkar edə bilməz ki, Krım tarixi, mədəni və dil cəhətdən Rusiyaya aiddir”.

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir”

Türkiyənin baş naziri Binəli Yıldırım: “Ana Yasa dəyişikliyinin 3 maddəsi dərhal qanuni qüvvəyə minib. Digər maddələr isə 2019-dakı seçkiylə qüvvəyə minəcək. O ki qaldı hörmətli prezidentimizin partiyaya üzv olmasına, bu, MSK-nın seçkinin nəticəsini rəsmən elan etməsindən sonra həyata keçiriləcək. Yəni bundan sonra prezident partiyası ilə əlaqələrini rəsmən quracaq”.

Rusiyanın tanınmış jurnalisti Yuliya Latinina: “Putin tarixə Çeçenistan tərəfindən işğal olunmuş Rusiyanın dövlət başçısı kimi keçəcək”.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir”.

Karneqi Fondunun Moskva Mərkəzinin “İqtisadi siyasət” proqramının direktoru Andrey Movçan: “Ola bilsin ki, XXI əsrin sonunda Rusiya adlı dövlət olmasın”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif: “Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması insanların daha da yaxınlaşmasına töhfə verəcək. Onun yaradılmasında Gürcüstan, İran, ErmənistanAzərbaycan iştirak etməlidir”.

“Yabloka” partiyasının lideri Qriqori Yavlinski: Rusiya kimi bir ölkə beynəlxalq qurumlar və dövlətlər tərəfindən tanınan sərhədlərə malik olmadan mövcud ola bilməz”.

Rusiyanın hərbi elmlər Akademiyasının müxbir-üzvü Sergey Sudakov: “Ən başlıca sual bundan ibarətdir ki, nəyə görə Rusiyanın hava hücumundan müdafiə sistemləri həmin raketləri vurmayıb. Sadəlövhlər hesab edirlər ki, bunu etmək və nəticədə raket hücumunu dəf etmək olardı. Lakin böyük hesabla əgər biz onları vurmağa başlasaydıq səhərə sağ çıxmazdıq. Çünki elə həmin gün nüvə münaqişəsi baş verərdi”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Bizim nailiyyətlər: “AzTV: 10 ildə minimum əmək haqqı 2,5 dəfə artırılaraq 116 AZN-ə çatlb!””.

Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”.

Rusiyanın tanınmış jurnalisti Yuliya Latinina: “Bir dəmir qanun var. Əgər fizika müəllimi fizikanı bilirsə, o, fizikadan dərs deyəcək, əgər bilmirsə, onda vətənpərvərlik dərsi keçəcək”.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: ““Əziz” Dvorkin, mən gözlədim və bir müddət düşündüm ki, vicdanınız sizə yala və böhtan yaydığınızı deyəcək və nəhayət buna görə üzr istəyəcəksiniz. Lakin görürəm ki, yalan məlumat yaymaq sizin gündəlik işinizdir. Budur, sizin yaydığınız informasiya ilə bağlı mənim təklifim belədir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondomunimun (kooperativ binada mənzil) sahibiyəm, həmin mənzilin birini sizə hədiyyə edəcəyimi bəyan edirəm. Əks halda siz üzr istəməlisiniz, əgər şərəf və ləyaqətiniz varsa”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev: “Nəzərə alsaq ki, parlamentdə müxalifət təmsilçiləri və bitərəflər fəaliyyət göstərir, qanun parlament çoxluğuna imkan verəcək ki, xalqın mandat verməsinə baxmayaraq, istənilən xoşlamadığı deputatı mandatdan məhrum etsin. Ən təəccüblüsü isə odur ki, layihənin müəlliflərinin özləri də deputatdır”.

“Atlas” Araşdırmalar Mərkəzi: “Solovyovun Bakıya gəlişi xeyli suallar yaratdı. Həm də Solovyov qeyri-qanuni olaraq Dağlıq Qarabağda olub. Belə şəxslər isə Azərbaycan XİN-nin qara siyahısına salınır və üzr istənilmədən Azərbaycan ərazisinə buraxılmır. Vladimir Solovyov isə Bakıdan Moskvaya qayıtdıqdan sonra Dağlıq Qarabağa səfərlərinə görə heç kimdən üzr istəmədiyini dedi”.

Jurnalist Anar Gəraylı: “İlahi, Çovdarov nə hala düşüb...Yediklərini burnundan qaytarıb türmədə”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Bütün oxuduqlarımdan sonra gəldiyim nəticə bu oldu ki, Qərbin evini GEDONİZM yıxacaq, Şərqin evini isə GÖDƏNİZM”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov: Azərbaycanlı olduğuma görə qürur duyuram, bunu Gürcüstanda yüksək səviyyəli görüşlərimdə də bildirirəm”.

Məşhur Rusiya jurnalisti, tarixçi-analitik Nikolay Svanidze: “Bir insanı vətəndaşlıqdan məhrum etmək olmaz. Başqa bir cəza düşünün. Cəzalar çoxdur”.

Yazar Seymur Baycan: “Əlacım yoxdur, özüm özümü təhqir etməkdəyəm. Çünki Azərbaycan dilindən savayı heç bir dili bilmirəm. Bu, mənim üçün faciədir”.

İranın sabiq prezidenti Mahmud Əhmədinejad: “Ölkəmizdə rəqiblərimiz var, amma heç bir şey bilmir, yalnız zərər verirlər. Hər hansı bir dəlil göstərmək məcburiyyətində qalmadan ittiham edirlər. Allahın köməyi ilə indiyə qədər böhtanların heç birini sübut edə bilmədilər.Bəqayinin həyatı didik-didik edildi, hətta bir müddət məhbus belə qaldı. Fərqli təşkilatlardan bir çox qrup işlərini araşdırdı, ancaq heç bir şey tapa bilmədilər. Bununla birlikdə, yalanları davamlı təkrar edərək cəmiyyətdə gerçək kimi görünməsini təmin edə biləcəyini düşünən bəzi insanlar var”.

Vəkil Aslan Ismayilov: “ Bu dəqiqələrdə oxudum ki, araz facebook üzvlərinə avara deyib. Əlbəttə, səs oğruları Milli Məclisə buraxılanda milyonlarla vətəndaşı təhqir edəcəkləri gözlənilən idi”.

Politoloq Azər Qasımlı: “Ərdoğan onun siyasətini qəbul etməyənləri edam etməklə ilahi ədaləti yerinə gətirəcyini zənn edir”.

“Yeni çağ.az” saytının başredaktoru Aqil Ələsgər: “Beləsinə nə ad verəsən? Qrabitel, tüfeyli. Bütün günü Feysbukda avaralanır... Hələ iş yeri kimi Feysbuku göstərənlər var e, onlar "ştatnıy bezdelnik”lerdir”.

Tanınmış jurnalist Azər Sarıyev: “Belə getsə, QHT-lər də saytların gününə düşəcək”.

Yazıçı Cəlil Cavanşir: “O, nəsə deyirsə, demək, bilib deyir. Əgər kimsə onun fikirləri ilə razılaşmırsa, özü bilər. Mən şəxsən millət vəkilinin gerizəkalı, düşük söhbət etməyəcəyinə inandığım üçün müəllimlə razılaşıram. İndi kimsə ürəyində fikirləşə bilər ki, avara, bivec elə Araz Əlizadədir. Mən əsla belə düşünmürəm. Çünki Araz müəllim avara deyil, avaranın, bivecin öndə gedənidir".

Deputat Tahir Rzayev: “Bilirsiniz, qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Son zamanlar nə qədər qadının kişini öldürdüyünü görmüşük. Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yəni qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev: “Mən deputatlardan daha cox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik. Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq”.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov: “Səbrin də bir limiti var. Düşünürəm ki, 10 gün də dözək, sonra əməli işə keçmək olar. 10 gündən sonra rəsmi məktub yazacağıq. Güman ki, onların ev ünvanları var. Ev ünvanlarına bildiriş yazıb göndərəcəyik ki, 10 gün ərzində gəlib əşyalarını götürüb getsinlər. Əgər getməsələr, bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapılar açıb ANS-in əşyalarını bayıra çıxaracaq, sonra da qapıları özümüz bağlayacağıq. Başqa variantımız yoxdur”.

Jurnalist Aynur Qurbanqızı:Bakıda taksilərə vahid qiymət tətbiq olunacaq. Guya bizi düşünürlər. Rəqabət olmayan yerdə keyfiyyət və ucuz qiymət ola bilməz! Hələ indi insanlar sevinirdi ki, taksi necə ucuzlaşıb. Çünki, taksi şirkətləri çoxalmış və müştəri əldə etmək üçün qiymətləri aşağı salmışdı. İndi bu nə lazımsız "XALQI DÜŞÜNMƏK" təklifidir?! Uşaq başı aldadırlar sanki!”.

Qadın hüquqlarının müdafiə cəmiyyətinin sədri Mehriban Zeynalova: “Sabah bütün kişilər deyəcək ki, qadın evdə otursun, işləməsin. Çünki onların yeri mətbəxt və döyülməkdir. Halbuki cəmiyyətdə kifayət qədər qadına qarşı zorakılıq halları var və biz bunun gündəlik iş yerimizdə, nəqliyyatda, küçədə şahidi oluruq. Parlamentdə qadınlar var. Tahir Rzayev niyə parlamentdə oturan qadınlara hörmətlə yanaşır? Nədir, vəzifədədirlər? Deməli, həmin deputat qadınlar da səslərini çıxarmırlar. Bu qadın hüquqlarının məhdudlaşdırılmasına çağırışdır”.

Deputat Çingiz Qənizadə: “Rayonlarda seçicilərim mənə qonaqlıq verəndə, zəng edim deyim ki, bu yemeyi yeyim ya yox?".

Sosial şəbəkə istifadəçisi Aynur Şahkərimova: “Bir kitab var idi, Xaçmazda kirayədə qaldığım evdə, maraq üçün vərəqləyəndə gördüm bətndəki övladın oğlan olması üçün oxunan dua yazılıb. İlk 4 aya qədər oxunarsa, oğlana çevrilərmiş uşaq”.

Əməkdar artist Elza Seyidcahan: “Xarici ölkələrdə birinci yerdə uşaqlar, ikinci qocalar, üçüncü heyvanlar, dördüncü qadınlar, beşinci velosiped, altıncı kişilərdir. Ona görə yox ki, kişilər pis mənada axırıncı yerdədir...”. 

Politoloq Azər Qasımlı: “Edam cəzası bərpa olunarsa, Ərdoğan istədiyi şəxslə bağlı edam cəzası verə bilər. Buna İmralı adasındakı Öcalan da aiddir”.

Böyük Quruluş Patriyasının sədri, deputat Fazil Mustafa: “Deputatın mandatının ləğv edilməsinin bu qədər sadə bir prosedura tabe tutulması təbii ki, parlamentin nüfuzuna da böyük zərbə ola bilər”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə: “Mən qanun layihəsini götürməliyəm, eynəyimi taxmalıyam, oxumalıyam və oxuyandan sonra o qanun haqqında söz deyə bilərəm”.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı: “Bu ölkədə heç bir məmurun maaşı villa tikdirməyə, “Mercedes Galendevagen” almağa yetəcək qədər çox deyil. Bundan ötrü onlara ya ABŞ-da, İngiltərədə ölmüş xalalarından milyonluq miras qalmalıdır, ya da korrupsiya və rüşvətxorluq qazanında öz çömçələri olmalıdır”. 

Yazar Seymur Baycan: “Ümidini Azərbaycan oxucusuna bağlayan yazıçını heç bir ciddi aqibət gözləyə bilməz. Azərbaycanda oxucu yoxdur. Tam səmimi deyirəm, başqa dil bilsəydim, Azərbaycan dilində bir cümlə də yazmazdım və hər dəfə Azərbaycan dilində mətn yazanda özümü dərindən təhqir olunmuş adam kimi hiss edirəm”. 

Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Bayramın bacısı Svetlana Bayramova: “İnsanlar var ki, dostluğu da axıra qədər bacarırlar. Görünür Poladda(Polad Bülbüloğlu) bu xüsusiyyət yoxdur. Elə Müslüm Maqomayevlə olan münasibətlərindən götürmək olar ki, Poladda dostluq anlayışı sona qədər deyil. Hətta elə adamlar da oldu ki… ad çəkmək istəmirəm, elə Poladın vəfasızlığına görə ondan uzaqlaşdılar”.

Tanınmış jurnalist Azər Sarıyev: “Siyasət dahilər üçün hakimiyyət, fırıldaqçılar üçün dolanışıq, elm adamları üçün xidmət, azadlıq aşiqləri üçün firavanlığa çıxış, sadəlöhvlər və avamlar üçün həyatda qalmaqdır”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Hətta yüz min kitab oxusan belə, nə vaxtsa "Tutu, topu tut”dan başlamısan”.

Jurnalist, yazar Kəramət Böyükçöl: “Sevgi elə bir şeydir ki, sevə bilsən, hətta Azərbaycanda da insanın xoşbəxt olması mümkündür...”.

“Musavat.com” saytının redaktoru Xalid Kazımlı: “Məmləkət əhli belə varidatların qaynağını, toplanma mexanizmini əla bilir. Heç kimi aldatmaq mümkün deyil. Hər kəs bilir ki, dövlət büdcəsindən gələn sızqa krant belə idarə və müəssisə rəhbərlərinə milyonlar qazandırır. Elələri var, acgöz və tamahkardırlar, əllərinə düşən imkandan maksimum istifadə edir, çox sürətlə varlanırlar. Elələri də var, xımır-xımır yeməyi və dalda-bucaqda gizlənməyi üstün tutur, adının hallanmasını istəmir”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Gürcüstan rəsmiləri açıqlayıblar ki, I rübdə ölkələrinə turist qismində 146 min Azərbaycan vətəndaşı gəlib. Artım 15 min olub. 2016-da Gürcüstana 1 mln 523 min Azərbaycan vədəndaşı turist kimi səfər edib”.

PİA.AZ saytının əməkdaşı Gülşən Şərif: “Nənəm deyirdi, elə iş gör ki, o iş səni irəli aparsın. Yer belləmək də işdir, amma yeri bellədikcə arxaya doğru gedirsən”.

Müğənni Roza Zərgərli: “Çox dəyişmişəm, qəddarlaşmışam, hər şeydən uzaqlaşmışam. Süni insanların yanında dayana bilmirəm. Çox şeyə də qadağa qoymuşam. Ümumiyyətlə, ətrafımdan hər kəsi silmişəm. Sadəcə saxtakar insanları sevmirəm”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Yaza görə narahat olmaq lazım deyil, o, gələcək. Yoncaya görə narahat olmaq lazımdır...”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar