Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Asiya Dövlətləri Birliyi - mümkündürmü?” - Video


“Strateq.az” saytının layihəsi olaraq “Strateq baxışı” proqramının budəfəki mövzusu: “Asiya Dövlətləri Birliyi – mümkündürmü?” idi


Müzakirə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin bir müddət əvvəl ictimaiyyətə təqdim etdiyi “İslam dünyasını yeni geopolitik gücə çevirmənin əsas yolu: Asiya Birliyini yaratmaq üçün nələri etməli?” analitik məqaləsi əsas götürərək təşkil olunmuşdu.

Müzakirədə “Strateq baxışı”nın daimi ekspertlər qrupu – Sülhəddin Əkbər, keçmiş baş nazir Pənah Hüseyn,  “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız,  Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirdi. Müzakirə olduqca canlı keçdi və tərəflər arasında ciddi fikir müxtəlifliyinin olduğu meydana çıxdı. O qədər ki, İqbal AğazadəAvropa Birliyi bir xristian klubu deyil, Asiya Birliyi ideyası mümkün deyil” fikrini müdafiə edərkən, digər ekspertlər Asiya Birliyinin və müsəlmanların yeni bir güc ola biləcəyi yolunda düşüncə bildirdilər. Sülhəddin Əkbər isə tam tərsini söylədi: “Avropa Birliyi bir xristian klubudur!”

Bir saat 30 dəqiqəlik toplantı kəskin fikir ayrılıqları ilə müşayiət olunsa da, maraqlı oldu və ən azından, geniş fikir dartışması alındı. Asiya Dövlətləri Birliyi mümkündürmü, müsəlmanlar yenidən bir araya gəlib qlobal miqyasda güc ola bilərmi, ABŞ-ın, Avropa Birliyinin qarşısına yeni formada bir dünya gücü çıxarmaq mümkündürmü sualarına aydınlıq gətirmək üçün “Strateq baxışı”nın 3-cü verilişini başa vurduq.

Qeyd edək ki, müzakirə Sülhəddin Əkbərin yuxarıda bəhs etdiyimiz məqaləsinin əsasında baş tutdu və biz həmin yazının linkini oxuculara bir daha xatırladırıq: http://strateq.az/manshet/235896/islam-dunyasini-yeni-geopolitik-guc%C9%99-cevirm%C9%99nin-%C9%99sas-yolu.html (İSLAM DÜNYASINI YENİ GEOPOLİTİK GÜCƏ ÇEVİRMƏNİN ƏSAS YOLU:Asiya Birliyini yaratmaq üçün nələri etməli? – ARAŞDIRMA)

Müzakirəni strateq.az olaraq tamaşaçıların diqqətinə təqdim edirik:


 pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar