Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa İttifaqı və ABŞ arasında müqavilə olmayacaq”

Fransanın baş naziri: "Avropa İttifaqı və ABŞ arasında müqavilə olmayacaq”


Bu gün Fransanın baş naziri Manuel Vals Avropa İttifaqının marağı nəzərə alınmazsa, Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə (TTİP) imzalanmasının mümkün olmadığını bəyan edib.

“France-Presse” agentliyinin verdiyi məlumata görə, 2013-cü ilin iyulundan Avropa İttifaqı və ABŞ arasında bu müqavilə ilə bağlı danışıqlar aparılır.

Söhbət dünyada 820 milyon insanı əhatə edən ən böyük, rüsumsuz ticarətin olduğu istehlak bazarının yaradılması ideyasından gedir. M. Vals bildirib ki, Avropa İttifaqının maraqlarına cavab verməyən azad ticarətlə bağlı hər hansı müqavilə imzalanmamalıdır: “Avropa möhkəm olmalıdır. Açıq deyim ki, Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə olmayacaq. Bu müqavilə üzrə danışıqlar düzgün istiqamətdə getmir”.

Qeyd edək ki, ABŞ administrasiyası bu il noyabra qədər Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə ilə bağlı danışıqların başa çatması üçün səy göstərir. Bəzi müşahidəçilər Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının səbəblərindən biri kimi britaniyalıların Avropa İttifaqı və ABŞ arasında Transatlantik ticarət-investisiya əməkdaşlığı üzrə müqavilə ilə bağlı narahatlığını göstərir.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar