Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa Oyunlarının standartları Azərbaycanda müəyyən olundu“


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Lixtenşteyn Knyazlığının parlamentinin sədri Albert Friklə görüşüb


XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycanla Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırdı.

A.Frik birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik etdi. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən A.Frik Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu nəzərə çatdırdı.

E.Məmmədyarov birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə hər bir Azərbaycan vətəndaşının qürur hissi duyduğunu qeyd edərək, Avropa Oyunları standartlarının Azərbaycanda müəyyən olunduğunu dedi.

Azərbaycanın enerji siyasəti və nəqliyyat, turizm, kənd təsərrüfatı kimi qeyri-neft sektorlarının inkişafı barədə məlumat verən nazir iki ölkənin işgüzar dairələri arasında biznes-forumların keçirilməsi və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüş əsnasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə haqqında danışan E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha təsbit olunduğunu və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu diqqətə çatdırdı. O, əlavə etdi ki, məhz Ermənistanın yürütdüyü təcavüzkar və işğalçı siyasət nəticəsində region üçün təhdid olan münaqişənin həllində irəliləyişə nail olunmur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar