Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropada yeni terror aktları həyata keçiriləcək“


Vaxtilə Suriyada və İraqda terror təşkilatlarının tərkibində döyüşmüş şəxslər Avropada gec-tez yeni terror aktları törədəcək və ya vahimə, qorxu yaradan aksiyalar həyata keçirəcəklər


Bu barədə Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, bundan sonra Suriyaİraqda terror təşkilatlarının və qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb Avropaya qayıtmış şəxslərə qarşı tədbirlər daha sərt xarakter alacaq: "Avropada antiterror əməliyyatların genişlənməsi zamanı məlum olub ki, Parisdəki məlum hadisələrdə Belçikadan gələn terrorçular da iştirak ediblər. Qeyd edim ki, belçikalıların bir qismi frankdillilərdir və onlar özlərini Fransada çox rahat hiss edirlər. Həm də Belçikada vaxtilə bura Mərakeşdən, Əlcəzairdən köçüb gəlmiş böyük ərəb icması da var.

Onların arasında elə insanlar var ki, onlar Suriyaİraqda qanunsuz silahlı birləşmələrin, İŞİD və digər terror təşkilatlarının tərkibində müharibədə iştirak edib, sonra isə yenidən Belçikaya qayıdıblar. Bu adamların əksəriyyəti polis tərəfindən nəzarətə götürülmüşdü, amma onlara qarşı sərt tədbirlər görülmürdü. Çünki onların ümumi savaşı Bəşər Əsədə qarşı idi və ümumiyyətlə, onların və Qərbin Əsədə qarşı mövqeyi üst-üstə düşürdü. Amma vəziyyət dəyişdikcə, münasibət də dəyişdi. 

Bundan əvvəl də dəfələrlə deyilmişdi ki, Suriyada, İraqda terror qruplaşmalarının tərkibində döyüşmüş şəxslərin yenidən Avropaya qayıtması Avropa üçün böyük təhdiddir. Ona görə də Parisdəki terror aktlarından sonra Belçikada, Hollandiyada və çox güman ki, Almaniyada və digər ölkələrdə bu cür insanlara qarşı daha geniş tədbirlər görüləcək. Həmin dövlətlər Avropa Birliynin üzvü olduğuna görə, onların bu əməliyyat tədbirləri birgə əməkdaşlıq çərçivəsində və koordinasiya edilmiş şəkildə həyata keçiriləcək. Bu isə öz təsirini mütləq göstərəcək".

Sual olunur: bununla da Avropada terror bitəcək, ya yox? Politoloq bildirib ki, bu suala birmənalı cavab vermək çox çətindir: "Fikrimcə, Suriyaİraqda müharibələrdə iştirak etmiş, orada təlim görmüş və daha sonra Avropaya qayıdanların sayı o qədər çoxdur ki, onların terror təhlükəsinin qarşısını almaq çox çətin olacaq. Yəni bundan sonra da Avropada hansısa şəkildə ya terror təhdidləri olacaq, ya da terror aktları həyata keçiriləcək. Ola bilər ki, bu aktlar hansısa təxribat şəklində olsun. Məsələn, xəbər göndərilə bilər ki, hansısa təyyarədə bomba qoyulub. Terrorçuların məqsədləri Avropada vahimə, qorxu yaratmaq və İslamla terrorun adının yanaşı çəkilməsi üçün fəaliyyətlərini davam etdirməkdir".

Qeyd edək ki, Belçika polisi bazar günü paytaxt Brüsselin, əsasən, miqrantlar yaşayan 6 massivində, eləcə də Şarlerua şəhərində genişmiqyaslı antiterror əməliyyatları keçirib. Polis, hərbçilər, eləcə də helikopetlərin cəlb olunduğu əməliyyatlar zamanı 16 nəfər həbs edilib. Hələlik istintaq sirri olduğu üçün saxlanılanların adları açıqlanmır. Əməliyyat zamanı hədəflər seçilərkən xarici xüsusi xidmət orqanlarının məlumatlarından da istifadə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar