Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aygün Kazımovanın illərlə qazandığı pullar niyə yox oldu?“


"Deyir ki, Brilliant Dadaşovadan üzr istəməlisən"


“Verilişin içində olanları ciddi qəbul etməyin. Orada çox şey şoudur. Amma onu deyim ki, efirdə özümü yığışdırıram. Həyatda hər şeyi daha çox tənqid edirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında "5-ci element" verilişinin aparıcısı Ranar Musayev deyib. 

O bildirib ki, proqramda qonağı tərifləməyi xoşlamır:

“Adam nə qədər tərif deyər? Müğənni hansı verilişə gedirsə, aparıcı onu tərifləyir. Bu tamaşaçını da yorur. Qonağım olan tanınmışları sındırmaq kimi bir fikrim yoxdur. Sadəcə gerçəklərlə bağlı sual verməliyəm”.

R.Musayev ən böyük tənqidçisinin anası olduğunu söyləyib:

“Özü də anam Brilliant Dadaşovanı çox sevir. Efirdə onun haqqında nəsə deyəndə, telefonum susmur. Anam deyir ki, gələn veriliş Brilliant Dadaşovadan üzr istəməlisən. Mənim Brilliant Dadaşovaya görə həmişə başım ağrıyır. Efir olanda telefonumu söndürürəm ki, anam bu saat zəng vuracaq”.

Aparıcı xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu arasında olan sirri efirdə açmasından danışıb. O, müğənniyə verdiyi "Namiq gedərkən Aygün xanımın mülkünü əlindən alıb" sualına aydınlıq gətirib:
 
"Mənə maraqlı deyil Namiq ayrılanda özü ilə nə aparıb. Tamaşaçıya maraqlı olan sualı verdim. Aygün xanım illərdir çalışır, özü də məclislərə baha gedən ifaçıdır. Maqazin verilişlərində görürəm ki, avtomobilini satır, nəsə edir. Aygün xanım o statuslu müğənnidir ki, mülk satıb layihə etsin? İllərlə qazandığı pulları niyə yox oldu? Tamaşaçıya bunu çatdırmaq istədim".

Ranar proqrama yeni gələn gənc aparıcı Fariz İlyasovdan da söz açıb:

“Bizim sosial şəbəkələrdə hər şey tənqid olunur. Fariz də aramıza göydən düşməyib, məsləhət bilib gətirmişik. Onun bir xasiyyətini bəyənirəm, müsahibdən istədiyini alana qədər gözünün içinə baxır. Deyirlər, onu bəyənmirsən. Bəyənməsəm, layihədə nə işi var?".
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar