Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azadlıq-2015” seçki bloku aksiyalara hazırlaşır


Qurumun əksər dairələrdə namizədləri müəyyənləşib; yaxın günlərdə iqtidar-müxalifət dialoqu gözlənilmir; Mirmahmud Mirəlioğlu: “Kütləvi aksiya keçirməyi nəzərdə tutmuşuq”


Bu il noyabrın 1-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, cəmiyyətdə fəallıq artır. 

Artıq partiyalar namizədlərini müəyyən etməyə başlayıblar. Birlik, blokların yaradılmasına start verilib.

Hazırda seçki ilə bağlı ən fəal qurumlardan biri “Azadlıq-2015" seçki blokudur. 
Bloka daxil olan partiyalardan KXCP sədri Mirmahmud Mirəlioğlu ilə iqtidar-müxalifət dialoqu, Avropa Oyunlarından sonrakı mühit və qarşıdan gələn seçkilərlə bağlı söhbət etdik. 

KXCP sədri yaxın günlərdə iqtidar-müxalifət dialoqunun keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumatsız olduğunu söylədi: “Bir həftə idi ki, Bakıda deyildim. Ona görə dəqiq bilmirəm. Eşitdiyimə görə də yoxdur. Seçkilərə qədər ola bilsin ki, bir neçə dəfə bu mümkün olsun. Əgər istək olacaqsa. Olmayacaqsa, indidən demək olmaz. Amma, məncə, mütləq olar”.

Partiya sədri dialoq olarsa, müzakirə olunacaq məsələlərdən danışdı: “Tərəfimizdən olan məsələlər aktual şəkildə xronoloji ardıcıllıqla deyilib. Yəqin ki, bu cür də bir daha deyiləcək. Gündəliyə hansı məsələlər salınacaqsa, ümumi müzakirələrin nəticəsində olacaq. Böyük ehtimalla seçkilər məsələsi birincilər sırasında olacaq. Seçkinin keçirilməsi, demokratik seçki sisteminin yaradılması, seçki məcəlləsinin təkminləşdirilməsi, komissiyalar, əlavə və düzəlişlər məsələsi müzakirə mövzuları olacaq. Onlar elə olmalıdır ki, reallaşması mümkün olsun. Çünki hazırda Milli Məclis tətildədir. Amma əsas məsələlər istəkdən asılıdır. Bu istək qarşılıqlı olacaqsa, istənilən məsələni növbədən kənar da etmək mümkündür. Parlamentin üzvlərini çağıra bilərlər. O cümlədən, müzakirələrdə də parlament üzvləri iştirak edə bilərlər. Yəqin ki, problem olmaz. Təki istək olsun”.



M.Mirəlioğlu Avropa Oyunlarının seçkilərə olan təsirləri məsələsinə də toxundu: “Bu məsələlər bizim proqnozlardan daha çox hakimiyyətin məsələyə yanaşmasından asılıdır. İllərlə bu və ya digər dərəcədə illüziyalar olub. ATƏT-in Bakı missiyası burada fəaliyyət göstərərkən gördüyü müəyyən işlər olub. Seçkilər ərəfəsində müxtəlif illərdə bir çox təkliflər olub. Amma bunların hamısı yalnız məsələ, müzakirələr olub. Nəticələri isə həmin dağlarda qalıb. Ona görə də indidən nəsə proqnozlaşdırmaq çətindir. Xüsusilə bu oyunlardan sonra daha çətindir. Çünki Azərbaycan hakimiyyəti hələ ki seçki əhval-ruhiyyəsinə, seçki reysinə düşməyini göstərmir. Bu istiqamətdə addımlar yoxdur. Ola bilsin ki, var, amma xəbərim yoxdur”.

KXCP sədri təmsil olunduğu “Azadlıq-2015" seçki blokunun da hazırlıqlarından söz açdı: ”Bu istiqamətdə gördüyümüz işlər var. Özümüz üçün gördüyümüz, müəyyən etdiyimiz işlər var. Qanunvericiliyə uyğun olaraq, uyğun addımlar atmışıq. Namizədlərimizin müəyyən edilməsi istiqamətində işlər gedir. Başqa təkliflərimiz var. Bunlar ictimai müzakirəyə təqdim olunacaq. Xeyli qənaət, layihələrimiz var. Hazırda 50%-dən çox dairədə namizədlərimizi müəyyənləşdirmişik".

M.Mirəlioğlu bloka başqa qurumların qoşula biləcəyini mümkün hesab edir: “Ola bilsin ki, bundan sonra bloka bəzi qurumlar da qoşulsun.  Bu istiqamətdə hələ ki bir iş yoxdur. Bəlkə digər üzvlərimizə müraciətlər var, mən xəbərsizəm. Bir həftəyə yaxın idi ki, Bakıda deyildim. Hamımızın namizədləri olacaq. Ola bilsin ki, namizədlərin sayına görə partiyalar fərqlənsin. KXCP-nin iddiaçıları digərlərindən az və ya çox ola bilər. Əsas məsələ blokun namizədləridir. Hamımız bu blokda birlikdə iştirakı nəzərdə tutmuşuq. KXCP bu seçkilərə tək getmiş görkəmi bağışlamır”.

Qeyd edək ki, KXCP-nin bəzi üzvləri fərdi qaydada Milli Şuranın üzvü sayılır. Qarşıdan gələn seçkilərdə KXCP namizədlərinin hansı birliyin iddiaçıları olub-olmayacaqları suallar yaradır. Mirmahmud bəy bu suallara da aydınlıq gətirdi: “Burada məsələ belədir. Milli Şura seçkilərdə iştirak edəcək ya yox, bu, onların daxili işləridir. Bizim hər birimiz Milli Şuranın fərdi üzvləri olmuşuq. Orada həm də partiya mənsubiyyətləri var idi. KXCP-nin Milli Şuraya daxil olmaq barədə qərarı yoxdur ki, oradan çıxmaq haqqında da qərarı olsun”.

KXCP sədri qarşıdakı ayda blokun kütləvi aksiya keçirəcəyini qeyd etdi: “Gələn aya bir kütləvi aksiya keçirməyi nəzərdə tutmuşuq. Ona hazırlaşırıq. Gələn ayın 1-də KXCP-nin qurultayıdır. Bundan qabaq AXP-nin qurultayı olacaq. Bu ayın 25-də. Qurultaylarımızdan sonra aksiyalara daha ciddi hazırlaşacağıq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar