Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-ABŞ münasibətləri zədələnib“



Politoloqlar Ağ Evlə rəsmi Bakı arasındakı gərginliyi müxtəlif aspektlərdən şərh etdilər


Son zamanlar Azərbaycan hakimiyyətinin ABŞ-la münasibətləri son dərəcə gərginləşib.

 Amerika təsisatları ilə bu və ya digər şəkildə bağlılıqları olan şəxslərin həbsi də ABŞ-a qarşı planın tərkib hissəsi kimi səciyyələndirilir. Həmçinin iqtidar rəsmilərinin verdikləri bəyanatlar da kifayət qədər sərtdir. 

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsini isə bir sıra ekspertlər ABŞ-Azərbaycan münasibətlərinin ən kritik həddə çatması kimi təqdim edirlər. Bu məsələnin sonrakı mərhələsi ilə bağlı müxtəlif fikirlər var. Bir qrup hesab edir ki, iqtidar atdığı addımlarla Amerikaya qarşı qırmızı xətti keçmir. Digər bir qrup isə düşünür ki, aparılan siyasət nəticəsində sonda Azərbaycana qarşı sanksiyalar qaçılmaz olacaq.

Politoloq Natiq Miri düşünür ki, Azərbaycan hakimiyyəti ABŞ-a qarşı siyasətində heç zaman qırmızı xətti keçmir: “ABŞ-ın indiki mərhələdə Azərbaycana qarşı ciddi sanksiyalar tətbiq etməsi real deyil. Bunu hakimiyyət bilir. Hər halda, bu gün sanksiyaların tətbiq olunması mərhələsi çatmayıb. Çünki Amerikanın siyasi və iqtisadi yönümdə problemləri var. Həm Ukrayna, həm İran, həm də Yaxın Şərqdə - Suriya məsələsində problemlər yaşayır. Bunun üstünə də terror qrupları ilə mübarizəni əlavə etsək, mənzərə kifayət qədər aydın görünür. Bu şəraitdə sanksiyalar Qərbin özünə mənfi təsir göstərər. Azərbaycan bunları çox gözəl anlayır. 

Ölkəmizdə baş verən prosesləri regionda gedən hadisələrlə əlaqələndirmək olar. Türkiyənin də ABŞ-la müəyyən problemləri var və onlar hələ öz həllini tapmayıb. Nəzərə almaq lazımdır ki, Türkiyənin hazırda Rusiya ilə müəyyən yaxınlaşması prosesi gedir. Bu həm iqtisadi, həm də siyasi yöndə olan yaxınlaşmalardır. Azərbaycan da bu proseslərdən kənarda deyil. Təbii ki, Azərbaycan Rusiyanın könlünü almaqla iqtisadi yönümdə müəyyən dəstək verir. Bunun müqabilində Azərbaycanın Rusiyadan umacaqları var. Yaxın zamanlarda Dağlıq Qarabağ problemi həllini tapmasa, ən azından yaxın bir neçə il işğal altında olan rayonlar boşaldılmasa, təbii ki, Azərbaycan tədricən Rusiyadan uzaqlaşacaq. Bunu Rusiya bilməmiş deyil. Çox incə bir oyun oynanılır. Azərbaycan bəzi nüanslara görə Rusiyaya yaxınlaşırsa, Rusiya da Cənubi Qafqazda möhkəmləmək üçün Türkiyəyə yaxınlaşır. Bu plan həyata keçərsə, Azərbaycanın Qərbə inteqrasiyasının qarşısı alınacaq. Bütün bu və ya digər amillərə görə Azərbaycan ABŞ-a qarşı bəyanatlar verir. Təzyiqlər də ola bilər. Amma bunlar ciddi addımlar deyil. Bu təzyiqlər bir neçə adamın həbsi ilə bağlıdır”.



Natiq Miri Azərbaycan tərəfindən ABŞ-la əməkdaşlıq siyasətinə xələl gətirilmədiyini də qeyd etdi: “Fikir versək görərik ki, ABŞ-ın geosiyasi maraqlarına istər region, istərsə də Azərbaycanda xələl gətirilmir. Hakimiyyət anlayır ki, bu münasibətlərə xələl gətirildiyi təqdirdə, təbii ki, ABŞ buna cavab verəcək. Azərbaycan bu kontekstdə qətiyyən qırmızı xətti keçmir və Amerika Azərbaycana qarşı sərt sanksiyalar verməyəcək. İqtidar müəyyən bir zaman kəsiyində Rusiyanın könlünü almaqla problemlərini həll etmək istəyir. Sadəcə, hakimiyyət öz maraqlarımızı təmin etmək istəyir. ABŞ isə istədiyi vaxt Azərbaycanda yüzlərlə Xədicə İsmayıl yarada bilər. Bu, onlar üçün heç zaman problem olmayıb. Sadəcə, anlamaq lazımdır ki, bu həbslərə münasibət boş-boş bəyanatlardan o yana keçməyəcək. Yürüdülən siyasət budur. ABŞ əmindir ki, Azərbaycan heç vəchlə Avrasiya İttifaqına qoşulmayacaq. Olacağı təqdirdə, bu, qırmızı xətti keçmək olacaq. ABŞ yalnız o zaman hərəkətə keçəcək”.



Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə fərqli düşünür. O hesab edir ki, Azərbaycan-ABŞ münasibətləri ciddi şəkildə zədələnib: “Baş verən həbsləri və digər amilləri qoyaq kənara. Bütün baş verənlər münasibətlərin korlanmasının əlamətidir. Bu yeni bir tendensiya deyil. Ehtimal etmək olur ki, ABŞ-Azərbaycan münasibətləri ciddi şəkildə zədələnib. Getdikcə bu münasibətlər kəskinləşməyə doğru gedir. Hər iki tərəfin mövqeyində kəskinləşmə özünü büruzə verir. ABŞ-da oturuşmuş praktika var deyə, əsas fikir ifadə edən Dövlət Departamentinin sözçüsüdür. Əslində ABŞ hökumətinin mövqeyini ifadə edir. Azərbaycanda bu tamam fərqli xarakter daşıyır. Baş verən gərginliyin  səbəbini söyləmək çətindir. Daha çox Azərbaycanın Rusiyaya yaxınlaşmasını ehtimal etmək olar. Səbəb nədir? Sadəcə, Azərbaycan Rusiyadan çəkinərək bu addımları atır. Görünən budur ki, Azərbaycanın Rusiyaya münasibəti dövlət rəsmlərinin dilindən açıq şəkildə eşidilməkdədir. Rusiyanın ünvanına açıq şəkildə sərt, tənqidi mesajlar heç zaman verilmir.   Nəzərə alsaq ki, Azərbaycanın ABŞ-a qarşı sanksiyalar tətbiq etməsi mümkünsüzdür, amma Amerikanın bu imkanları böyükdür. Deməli, sanksiyalar mümkündür. Amma ən yaxın mərhələdə gözləmirəm. Güman edirəm ki, o anlara çatmaq üçün bütün imkanlardan istifadə olunacaq”.

Ərəstun Oruclu X.İsmayılının həbsinin hakimiyyətin ABŞ-a meydan oxuması kimi qiymətləndirilmısi ilə razılaşmadığını qeyd etdi: “Öz vətəndaşlarını həbs etməyi hansısa dövlətə meydan oxumaq kimi təqdim etmək doğru fikir deyil. Bu bir az məntiqsiz səslənir”. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar