Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı”


Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı, böyük bir bayramı təntənə ilə qeyd etdi


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, artıq bütün dünyanın mətbuat səhifələrində, o cümlədən dünya liderləri tərəfindən Azərbaycanda keçirilən bu tədbir çox yüksək qiymətləndirilir: "Bütün bunların hamısı, əldə olunan nailiyyətlər, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın birinci yerdə olması bir daha onu göstərir ki, ölkədə düşünülmüş, düzgün dövlət siyasəti aparılır və bu siyasət beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsinə, ölkəmizin atdığı addımların dəstəklənməsinə imkan verir".

Z.Səmədzadə qeyd edib ki, bu Oyunlar təkcə idman yarışı deyildi, eyni zamanda İslam həmrəyliyinin nümayişi idi: "54 ölkənin nümayəndələrinin Azərbaycana gəlişi böyük hadisə idi. Təbii ki, onlar Azərbaycanda gördüklərini öz ölkələrində danışacaqlar, çünki Azərbaycanda sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş, Azərbaycan mədəniyyətinin qədimliyi islam ölkələrinin hər bir vətəndaşında qürur hissi doğurmalıdır. Bütün bu uğurların kökündə təbii ki, Azərbaycanın dövlət siyasəti dayanır və burada Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət də öz uğurlu nəticələrini verir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar