Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Qarabağı qaytarmaqda Rusiya ilə anlaşa bilər”


Bu günlərdə ABŞ-ın özəl kəşfiyyat şirkəti “Stratfor” Rusiyanın Qafqaz strategiyasına dair analiz dərc edib


Virtualaz.org saytının xəbər verdiyi kimi, həmin analizdə Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs edilirdi.

İddia olunurdu ki, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq.

“Stratfor”un bu analizi geniş rezonans və müzakirələr doğurdu. İndi bu şirkətin strateji analiz üzrə vitse-prezidenti Riva Bhalla Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın MDB məkanındakı köhnə münaqişələrin “donunu açması” ehtimalından danışır.

Onun fikrincə, belə münaqişələrin “donunu açmaq” münaqişəni qızışdırmaq qədər asan deyik.

“Siyasi məqamın yetişməsi lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı situasiyaya nəzər salaq. Azərbaycan bütün müxtəlif qonşularla balanslaşdırma üzrə ekspertdir, xüsusən də Rusiya ilə Qərb arasında. Lakin keçmişə baxaq. Son aylarda Azərbaycan Rusiyaya daha yaxın olub. Və böyük sual budur ki, Moskva Bakı ilə hansı məsələdə anlaşmağa çalışır”- deyə Riva Bhalla bildirib.

“Stratfor” vitse-prezidentinin sözlərinə görə, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir. Ancaq bunu hansı yolla edəcək?

“Bütün məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək. Əgər söhbət hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman Azərbaycan tək hərəkət etməyəcək. Ermənistan boş yerə narahat deyil ki, RusiyaAzərbaycan bu məsələdə anlaşa bilər”- R.Bhalla deyib.

Ekspertin fikrincə, Rusiya Qafqazda möhkəmlənmək istəyir. Onun Ermənistanla və Azərbaycanla kifayət qədər möhkəm münasibətləri var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar