Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib”

"Ramsfeld Fondunun fəaliyyətini təqdir edirəm. Bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumların dövlətlərarası münasibətlərin formalaşmasında böyük rolu olmalı, tənzimləmə prosesində iştirak etməlidir"


Bunu bu gün 2018 CAMCA Regional Forumunda çıxışında baş nazir Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Ramsfeld Fondu kimi qurumlar daha aktiv olmalıdır: "Belə olsaydı, yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı. SSRİ və Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra münasibətlər qısa müddətdə yaxşılaşdı. Daha sonra isə beynəlxalq münasibətlərdə gərginlik ortaya çıxdı. Bir çox incə məsələ var ki, gərək bunu beynəlxalq aktorlar nəzərə alsın. İnsanı yaxşı tanıyanda, müzakirələr effektiv ola bilər. Xalqa, ölkəyə, dövlətə olan münasibət isə daha mürəkkəbdir. Gərək bu halda digər tərəf də münasibətlər üçün daha çox məsələləri öyrənsin. Xalqın adət-ənənələrini, mentalitetini, keçmişini bilmədən o xalqla, dövlətlə fundamental əlaqələr qurmaq çətin olar".

Baş nazir qeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşir: "Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Bura Balkanlardan sonra dünyanın ən həssas regionudur. Mən Yaxın Şərqi bura daxil etmirəm. Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçdi. Azərbaycan bu günə qədər mövqeyini dəyişməyib. Bu istiqamətdə də çox böyük layihələr icra edib. Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu ilə birləşdirir".

 

Qeyd edək ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli  elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderlərə ayrılaraq onları altı həftə ərzində ABŞ paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirir. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar