Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Türkiyədə çevriliş cəhdini qətiyyətlə pisləyir”


“Azərbaycanın nümayəndə heyəti Türkiyədə demokratik qaydada seçilmiş hökumətin devrilməsinə yönəlik dövlət çevrilişinə cəhdi qətiyyətlə qınayır”


APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin Daimi Şuranın 1110 saylı iclasında Türkiyədə baş vermiş son hadisələrlə bağlı bəyanatında deyilir. 

Bəyanatda qeyd edilib ki, bu, Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş, Türkiyənin iradəsi və seçiminə qarşı törədilmiş cinayətdir: 

“Biz mülki vətəndaşlar əleyhinə yönəldilmiş qeyri-insani hücumlar qarşısında Türkiyə xalqının nümayiş etdirdiyi nümunəvi cəsarəti alqışlayırıq. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda bu cinayəti Konstitusiya və Türkiyə demokratiyası əleyhinə addım kimi qınayıb. Prezident əminliyi bildirib ki, Türkiyə hakimiyyəti tərəfindən dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə atılan qətiyyətli tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət tezliklə normallaşacaq”.
 
Sonda qeyd edilib ki, belə çətin bir dövrdə Azərbaycan Türkiyə xalqı və dövlətinə qətiyyətli dəstəyini davam etdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar