Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Yeni İpək Yolunun mühüm hissəsidir” - Nazir


“Bu gün Əfqanıstanda problemlər qalmaqdadır və biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir”


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar MəmmədyarovNATO Qətiyyətli Dəstək Nazirlər toplantısında çıxışı zamanı deyib.
 
Nazir qeyd edib ki, Azərbaycanın QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfə 2016-cı ildə də davam etdiriləcək. Azərbaycanın Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım etdiyini xatırladan E. Məmmədyarov bildirib ki, ölkəmiz 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək.
 
“İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb. Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim. Son olaraq bildirmək istərdim ki, ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir”, - deyə o vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar