Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan bayrağına toxunanın ciyərini sökərəm”


Milyonçu Mübariz Mənsimovdan sərt etiraz


Türkiyənin Bodrum şəhərində Azərbaycanlı iş adamı Mübariz Mənsimovu əsəbləşdirən xoşagəlməz olay yaşanıb. 

Bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Palmarina” istirahət mərkəzini idarə edən şəxslər orada Azərbaycan rəmzlərini siliblər. Belə ki, istirahət mərkəzinin girişində Azərbaycan bayrağının həkk olunduğu Bakının simvolu asılıb. Ən təəccüblü məqam isə burasındadır ki, bu loqonu sökən şəxslərin Azərbaycan vətəndaşları olduğu deyilir. Olaydan xəbər tutan Mübariz Mənsimov isə  şəxsi “İnstagram” hesabında sərt təpki göstərib. O,  “Azərbaycan bayrağına hörmətsizlik edənin ciyərini sökərəm” sözlərini yazaraq, etirazını bildirib. 

Bu arada isə Türkiyənin “Haberturk.com” saytının yazarı Esin Övet adıçəkilən istirahət mərkəzi ilə bağlı özünün və Mübariz Mənsimovun fikirlərini yazıb.

Türkiyəli jurnalist yazır ki, 3 gün əvvəl Bodrumda baş vermiş zəlzələ ilə əlaqədar olan müştərilər də azalıb. Ümumiyyətlə, müştərilərin bu cür istirahət məkanlarından imtina etməsinin səbəbi təkcə zəlzələ deyil, günü-gündən yüksələn qiymətlərdir. Bu məkanlar arasında ən diqqət çəkən istirahət mərkəzi olan “Yalıkavak Marina”da da vəziyyət eynidir. Hətta istirahət mərkəzinin sahibi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov belə oraya getmir. Bu uğursuzluğun səbəbi isə müəssisənin idarəsinin iş bacarmayan bir qrupa təhvil verilməsidir ki, Mənsimov özü də nəticədən razı deyil. Lakin Mübariz Mənsimovun istirahət mərkəzini geri alacağı gözlənilir. O, öz sözlərində istirahət mərkəzindəki vəziyyəti yaxşılaşdıracağına söz verib. İş adamının öz dostu Fikret Ormanla əməkdaşlıq edəcəyi bildirilir.

Onu da qeyd edək ki, Mənsimov “Palmarina”nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin şikayətləri çoxalıb. Mübariz bəy isə məhz buna görə sözügedən istirahət mərkəzini geri almaq qərarına gəlib. O, 2018-ci ildən yenidən “Palmarina”nın sahibi olacaq. Məlumatı Türkiyə mətbuatına açıqlamasında Mənsimovun özü də təsdiqləyib.(Gununsesi.info)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar