Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını dərk etmirəm“


Milli Məclisin deputatı Aqil Abbas şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini irəli sürüb


Ümumiyyətlə, üçrəngli bayrağımızın şəhid məzarları üzərində dalğalanması hüquqi qaydalara uyğundurmu?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə modern.az-a açıqlamasında deyib ki, bu məsələ rəsmiləşdirilə bilər: "Təklifi irəli sürən həmkarımız Aqil müəllim vətənpərvər insandır. Ola bilər ki, bu məsələyə onun baxışları fərqlidir. Əgər bu təklif parlamentdə səs çoxluğu ilə qəbul olunacaqsa, təbii ki, bunu rəsmiləşdirə bilərik".

Hüquqşünasın sözlərinə görə, bu təklif heç də anlaşılan deyil. "Şəhidlik zirvəsinə yüksələn insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əslində, Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını hüquqşünas kimi dərk etmirəm. Eyni zamanda, Azərbaycan bayrağı şəhid məzarı üstündə bir yerdən asıla bilər və buna görə heç bir qadağa yoxdur. Sadəcə, "mütləq bu, qanuniləşməlidir" deməyi doğru hesab etmirəm".

Deputat onu da bildirib ki, belə bir məsələ şəhid ailələrinin öhdəsinə buraxılsa, daha yaxşı olar: "Söhbət şəhid məzarlıqlarında bayraqların asılmasından və dövlət tərəfindən tənzimlənmədən gedirsə, belə hesab edirəm ki, bunu şəhid ailələrinin öz üzərinə buraxsaq, daha yaxşı olar. Çünki burada əlavə xərcdən, əziyyətdən söhbət getmir. Onsuz da, şəhidlərin adları əbədiləşdirilir, təhsil aldıqları məktəbə adları verilir və sairə".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar