Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan böyük nailiyyətlər əldə edib” – General


“Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib”


APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev deyib.

Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, o cümlədən bununla bağlı beynəlxalq əməkdaşlıq tədbirləri, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkədə 2008-2009, 2009-2014,2014-2018-ci illər üzrə həyata keçirilən milii fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Bu səbəbdən də ABŞ Dövlət Departamentinin, Avropa Şurasının, GRETA təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizənin səviyyəsi yüksək qiymətləndirilib. Artıq Azərbaycan bu sahədə öyrənən ölkə deyil, öyrədən ölkə kimi təqdim edilir. Artıq Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində 3-cü milli fəaliyyət planı həyata keçirilir və bu işdə 42 mərkəzi icra hakimiyyəti orqanı, ictimai təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti, eyni zamanda Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası və KİV nümayəndələri iştirak edirlər”, – deyə Ş. Əsədullayev bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar