Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan da Heydər Əliyev vaxtında çeçen separatçılarına dəstək verdi“


“Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir deyillər”.


Bu sözləri açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
 
O, bir zamanlar Azərbaycanın Rusiya əleyhinə Çeçenistandakı döyüşçülərə dəstək verdiyini bildirib:
 
Azərbaycan vaxtıyla Çeçenistanda separatçılara dəstək verirdi. Bu, Dudayevlə Məshədovun vədələrinə düşürdü. Səbəbi isə aydın idi. Rusiya o zaman açıq şəkildə erməniləri müdafiə edirdi. Ruslardan niyə onlara dəstək verdiklərini soruşanda “yaxşı edirik” deyə cavab verirdilər. Azərbaycan da Heydər Əliyev vaxtında çeçen separatçılarına dəstək verdi. Bundan sonra Rusiya gördü ki, bu onlara çox ağır başa gəlir. Ona görə bəzi məsələlərdə güzəştə getdilər. Artıq Rusiya-Azərbaycan münasibətlərində aydın bir model qurulub. Onlar bizə, biz isə onlara toxunmuruq. Azərbaycan artıq Şimali Qafqazda separatçılara dəstək vermir”.
 
Politoloq vəhabilərin Azərbaycan ərazisində hələlik ehtiyat variant kimi saxlanıldığını qeyd edib:
 
“Dini radikallar Azərbaycanda heç bir şey edə bilməyəcəklər. Bu vəhabilər harada dəyişiklik edə biliblər? O ölkələrdə ki, oraya xaricdən güclü müdaxilə olub. NATO olmasaydı, Qəzzafi onları əzəcəkdi. Suriyada Qərb, Səudiyyə Ərəbistanı, Qətər müdaxilə etməsəydi, Əsəd onları əzəcəkdi. Yəməndə Səudiyyə Ərəbistanı yardım etməsəydi, onlar sakitcə yerlərində oturacaqdılar. Yəni onlar alətdirlər. Vəhabilərdən istifadə etmək istəməyəndə onlar heç nəyə qadir olmurlar. Azərbaycanda dini radikallar var, amma onlardan necə istifadə edirlər? Suriyaya ət kimi göndərirlər. Azərbaycana hansısa xarici qüvvə, dövlət müdaxilə etmək istəsə, o zaman onlardan istifadə edəcək. Hazırda nə Rusiya, nə də ki Qərb Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdır. Amma hər iki halda onları ehtiyat kimi saxlayırlar. Yəni saxla samanı, gələr zamanı. Bu, təhlükə, təhdid hələ qalır. Amma onlar savadsızlıqlarından, siyasəti bilmədiklərindən heç vaxt müstəqil model kimi ola bilməzlər”.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar