Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan dünyanın ən inkişaf edən ölkələrindən biridir“ - Mehriban Əliyeva


“Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır”


Noyabrın 26-da Parisdə “Bakı 2015”in - ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub.

PİA.AZ AzərTAc-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Təqdimatda çıxış edən M. Əliyeva deyib ki, Avropa Oyunları  Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunlarını  tarixdə birinci oyunlar kimi qalacaq yarışları hazırlamaq, qəbul etmək və keçirmək  Azərbaycan üçün böyük şərəfdir və böyük məsuliyyətdir: “Avropa Olimpiya Komitəsinin bu qərarı  Azərbaycan xalqı tərəfindən böyük dəstəklə qarşılanıb və mən Avropa Olimpiya Komitəsinin prezidentinə və bütün üzvlərinə öz dərin minnətdarlığımı çatdırıram.

Əziz dostlar, artıq 23 ildir ki, müstəqil Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Biz qədim tarix və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimiz. Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər  Azərbaycan xalqı üçün çox vacibdir.

Azərbaycan müstəqillik dövründə iqtisadi və siyasi islahatları bərabər apararaq demokratiya prinsiplərinə əsaslanan azad cəmiyyət və güclü iqtisadiyyat qurmağa nail olub. Bu gün ölkəmizdə bütün azadlıqlar mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Əsrlər boyu müxtəlif dinlərin və millətlərin nümayəndələri ölkəmizdə qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Müstəqilliyimiz bərpa olunduqdan sonra bu meyllər daha da güclənib və təsadüfü deyil ki, Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən  birinə çevrilib və bu yaxınlarda ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Azərbaycan  son illər ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Son on ildə Azərbaycanın iqtisadi artımı üç dəfədən çox, büdcə xərcləri iyirmi dəfə artıb, yoxsulluq və işsizliyin səviyyəsi beş faizə enib. 

Bu gün biz təhsil sisteminin inkişafına çox böyük diqqətlə yanaşırıq. Təhsil sistemində  mühüm  islahatlar aparılır. Çünki hər bir ölkə üçün, hər bir xalq üçün onun gələcəyi, onun  gələcək inkişafı və uğurları məhz insan amilindən, onun savadlı, bilikli gənclərindən asılıdır. Ölkəmizdə son on il ərzində üç mindən çox yeni məktəb inşa olunub və təmir edilib, yüzlərlə azərbaycanlı gənc dövlətin dəstəyi ilə dünyanın aparıcı universitetlərində və ali məktəblərində təhsil alır.

Azərbaycanın beynəlxalq arenada nüfuzu ildən-ilə artmaqdadır və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun sübutu olaraq 155 ölkənin səsi ilə Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilmişdi. İki həftə bundan əvvəl 2001-ci ildən üzv olduğumuz Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanın sədrliyi uğurla başa çatıb. 

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da öz töhfəsini verir. İki ay bundan əvvəl “Cənub” qaz dəhlizinin təməli qoyulub və bir neçə ildən sonra Azərbaycan  qazı Avropaya nəql olunacaq və beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha da güclü töhfə verəcək.

Biz Avropanın beynəlxalq qurumları ilə əməkdaşlıq qurmuşuq və Avropa ölkələri ilə qarşılıqlı maraq və hörmət əsasında münasibətləri qururuq. Fransa Avropanın aparıcı dövlətidir və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Fransa-Azərbaycan əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırılıb. Bu münasibətlər siyasi, iqtisadi, humanitar sahələri əhatə edir. Parlamentlərarası  münasibətlər güclənir və  çox şadam ki, mən  Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik edirəm.

Bu il Fransada Azərbaycanın Dostları Assosiasiyası bərpa olunub. Ölkəmizdə əllidən çox fransız şirkəti  fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın universitetlərində təhsil alır. Bakıda fransız liseyi artıq ilk şagirdləri qəbul edir və paytaxtımızda Fransa universitetinin açılması barədə danışıqlar aparılır. 

Bakıda  “Ağ şəhər“ adlı  yaşayış mərkəzi inşa olunur və burada aparılan tikintinin bir qismi fransız üslubunda,  Parisin memarlıq üslubunda inşa edilir. 

İdman sahəsində  ölkələrimiz arasında olan əlaqələr də inkişaf edir və mən ümid varam ki, Avropa Oyunlarına hazırlıq dövründə yaradılan bütün imkanlardan istifadə olunacaq və bu əlaqələr daha da güclənəcək. 

Əziz qonaqlar, mən ölkəmiz haqqında və Fransa-Azərbaycan arasındakı dostluq  əlaqələri haqqında çox danışa bilərəm. Mən tədbir və idman barəsində  də bir neçə söz demək istərdim.

Azərbaycanda idmana,  olimpiya hərəkatına  dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə idman infrastrukturunun qurulmasına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 40-dan artıq yeni müasir olimpiya mərkəzləri inşa olunub. Biz idmançılarımızın nailiyyətləri ilə fəxr edirik. Müstəqil ölkə kimi Azərbaycan olimpiya oyunlarına 1996-cı ildən qatılıb və oyundan-oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya oyunlarında yığma komandamız iki qızıl olmaqla on medal qazanaraq bu nəticə ilə Avropa ölkələri arasında onbeşinci, ümumi iştirakçılar arasında isə otuzuncu yeri tutub. Bu il Çində   yeniyetmələr  arasında keçirilən olimpiya oyunlarında gənc atletlərimiz beşi qızıl olmaqla on iki medal qazanaraq 200-ə yaxın iştirakçı ölkə  arasında onuncu yeri tutublar. Əlbəttə bu, böyük nailiyyətdir. Bütün bu faktları, o cümlədən  atletlərimizin bu uğurlarını, ölkə infrastrukturlarını,  idmana dəstəyi və əlbəttə ölkənin inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının  Azərbaycanda keçirməyə qərar verdi. Hazırlığa  cəmi  iki il yarım vaxt ayrılmasına baxmayaraq  Avropa Oyunlarını  yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindəyik. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, təşkilat komitəsi beynəlxalq idman qurumları ilə birgə çalışır. İnşa olunan bütün idman obyektləri vaxtında tamamlanacaq və hər birində yoxlama yarışları keçiriləcək.

Bir neçə gün bundan əvvəl paytaxtımızda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iclası ilə bağlı ölkəmizə gələn qonaqlar bütün hazırlıq işləri ilə yaxından tanış olublar. 

Ümidvaram ki, ilk Avropa Oyunları olimpiya hərəkatının prinsipləri olan dostluq, sağlam rəqabət və həmrəylik şəraitində keçiriləcək”. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar