Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan işğal altındakı rayonları özü boşaltmalıdır”


Elxan Şahinoğlu: “Kreml israr etsə, onda heç olmasa Türkiyə qoşunlarının da bölgədə yerləşdirilməsinə nail olarıq”


Rusiyanın dünya ilə üz-üzə qaldığı bir şəraitdə, onun himayəsinə sığınan Ermənistanın vəziyyəti getdikcə ağırlaşır. Artıq bu durum ermənilərin özləri tərəfindən davamlı şəkildə etiraf olunur və düşmən ölkənin nisbətən ayıq insanları situasiyanın dəyişməsi üçün cəhdlər göstərir. 

Erməni şərhçi Akop Badalyan Ermənistanın Avrasiya İttifaqına üzvlüklə bağlı  yazdığı məqaləsində bildirib ki, Ermənistan böyük “Avrasiya pankası” dövrünə daxil olub.

Şərhçinin sözlərinə görə, Serj Sərkisyan hakimiyyətinin bu ilin əvvəlindən Ermənistanı sürüklədiyi Avrasiya fəlakətinin sonucları artıq özünü göstərir. 

“170 milyonluq bazar və daha yüksək təhlükəsizlik barədə mif bir neçə ay ərzində dağıldı və bunun sonu görünmür” deyə, şərhçi vurğulayır. (ANS) Onun sözlərinə görə, müstəmləkə səviyyəsinə endirilmiş Ermənistanın iş adamlarına üçüncü ölkələrlə birbaşa əlaqələr qurmaq qadağan edilir: “İnhisarçıların və oliqarxların parçaladığı Ermənistan biznesinə texniki baxımdan Avrasiya İttifaqı tərəfindən böyük maneəçilər yaradılıb”. 

Badalyan deyib ki, ilin əvvəlindən Avrasiya İttifaqına girməklə iqtisadi müstəqilliyini itirmiş Ermənistan biznesi Rusiyadan ikinci zərbəsini alıb. Onun sözlərinə görə, Avrasiya İttifaqına üzvlükdən sonra Ermənistandan Rusiyaya ixracın 100% azalması İrəvana tuşlanan ikinci zərbədir. “Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına üzvlüklə xoş gələcəkdən məhrum olub”. 

Bu açıqlama ilə isə erməni analitik Aykazn Qaqriyan öz köşə yazısında çıxış edib. (axar.az) Onun sözlərinə görə, müharibə olacağı təqdirdə Rusiya Ermənistanı müdafiə etməyəcək:  “Ermənistan iqtisadiyyatının katastrofik vəziyyətdə olması Rusiya yönlü proyektlərə qoşulması ilə bağlıdır. Çoxları təsdiq edir ki, Rusiyanın iqtisadi-maliyyə vəziyyətinin pisləşməsi ona qarşı yürüdülən beynəlxalq sanksiyalarla bağlıdır. Bunun digər ölkələrə, o cümlədən Gürcüstana təsiri ilə bağlı söylənilənlər isə demaqogiyadır. Ona görə ki, bu ölkələrin ən azından hansısa gələcəyi var. Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə bu gələcəkdən məhrum olub”. 

***
Göründüyü kimi, İrəvanda anti-Rusiya fikirləri nəinki azalmır, hətta əksinə, artır. Belə bir situasiyada Qərbin İranla dil tapması, böyük anlaşmanın əldə olunması Ermənistanı itirəcəyi barədə Rusiyada narahatlıqlar da yaradır. Bəzi müşahidəçilər hesab edir ki, Rusiya İstanbul sammiti ərəfəsində, Sürix protokollarının imzalanmasından sonra baş verən anlaşma mühitini pozduğu kimi, bu dəfə də ermənilərə sürpriz yaşadacaq.    
Maraqlıdır ki, bu ərəfədə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Moskvaya səfəri çərçivəsində aprelin 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə ediləcəyi xəbəri yayılıb. Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə gerçəkləşdiriləcək səfər barədə qərar Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin İrəvan səfəri çərçivəsində verilib. 

Bir sıra ekspertlər iddia edir ki, səfər çərçivəsində Ermənistandan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması tələb ediləcək. İrəvan həmçinin Rusiya qoşunlarının BMT sülhməramlıları kimi regiona yerləşdirilməsinə razılıq verməlidir. ANS-in məlumatına görə, bu, Kremlə imkan verəcək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukrayna cəbhəsinə paralel cəbhə açılmaqdan xilas ediləcək. Rusiya həmçinin Dağlıq Qarabağın qaytarılması şərti ilə Azərbaycanın da Avrasiya İttifaqına qaytarılması imkanı əldə edəcək. Son zamanlar rus əsgərlərinin Dağlıq Qarabağda “sülhməramlı” qismində yerləşdirilməsi ideyası da yenidən gündəmə gəlib və bu, çox təhlükəlidir. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil: “Çünki münaqişənin həlli Rusiya üçün Ermənistanın itirilməsi demək olacaq ki, Moskva buna hazır deyil. Ona görə də Kremlin Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması ilə bağlı Bakıya dəstək verəcəyini gözləmirəm. Belə bir ehtimal edilən dəstəyin əvəzində Kreml bizdən Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsini tələb edəcək ki, bu da bölgəmizin itirilməsinə gətirib çıxaracaq. Azərbaycan işğal altındakı rayonları özü boşaltmağa çalışmalıdır. 

Əlbəttə, belə olan halda Rusiya Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək verəcək. Ancaq Rusiya birbaşa Azərbaycanı da ittiham edə bilməyəcək. Çünki Azərbaycan ordusu Dağlıq Qarabağa hücum etməyəcək, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa çalışacaq. Həmin rayonların Azərbaycana aid olduğunu isə Rusiya da inkar etmir. Azərbaycanın Avropa Birliyi ilə sıx münasibətləri Rusiya ilə alver predmeti ola bilməz. RusiyaNATO ilə əməkdaşlıq qıcıqlandırır. Bir də ki, Azərbaycan heç Avropa Birliyi ilə assosiativ anlaşma imzalamağa da hazırlaşmır”. E.Şahinoğlu deyir ki, münaqişənin hansısa mərhələsində bölgəyə sülhməramlı qüvvələr yerləşdiriləcək: “Elə etməliyik ki, həmin qüvvələrin tərkibində Rusiya silahlıları olmasın. Yox, bunu bacarmasaq və Kreml israr etsə, onda heç olmazsa Türkiyə qoşunlarının da bölgədə yerləşdirilməsinə nail olaq. Rusiya hərbçiləri Dağlıq Qarabağın erməni əhalisinin yaşadığı hissədə yerləşdiriləcəksə, Türkiyə hərbçiləri də azərbaycanlıların yaşadıqları bölgələrdə yerləşdirilməlidir”.

Bəs İran-ABŞ anlaşması ermənilərə fayda verəcəkmi, düşmən ölkəni xilas edəcəkmi? Rusiya nə qədər məmnundur bu anlaşmadan? 

E.Şahinoğlu: “İran-ABŞ anlaşmasının Ermənistana fayda verəcəyini düşünmürəm. Çünki kasıb Ermənistan İran iqtisadiyyatı üçün cəlbedici deyil. Əksinə, İran sanksiyalardan qurtulandan sonra qazını Türkiyə üzərindən Avropaya daşımaq istəyəcək ki, bu Azərbaycanın da xeyrinədir. Çünki İran bu halda TAP və TANAP boru xətlərindən istifadə etmək məcburiyyətində qalacaq. Beləliklə, İran-Rusiya ittifaqı da zəifləyəcək. İran neft və qaz bazarında Rusiyaya rəqib olacaq. Hətta mümkündür ki, Türkmənistan qazı da İran üzərindən Türkiyəyə yön alsın”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar