Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan öz təhlükəsizliyi üçün bu amilləri zərərsizləşdirməlidir“


Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə ittiham edilən və ölkəmizdə də müəyyən sahələrdə fəaliyyət göstərməklə müəyyən dayaqlara malik olan "FETÖ"çular Azərbaycanda istəklərinə nail ola bilməyəcəklər


 Çünki Azərbaycan xalqı müdrik xalqdır və öz mənafeyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün belə amilləri zərərsizləşdirməyi, ən böyük neməti olan müstəqilliyi uğrunda mübarizə aparmağı bacarır.  

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

Millət vəkilinin fikrincə, hazırda müəyyən qüvvələr Türkiyəni zəiflətməyə çalışırlar. Bu isə Azərbaycanın maraqlarına cavab vermir:

"Təəssüflər olsun ki, Azərbaycana ən yaxın, qardaş dövlət olan Türkiyəni zəiflətmək istiqamətində bir siyasət aparılır. Türkiyədə dövlət çevrilişi cəhdi də o qəbildəndir. Güclü Türkiyənin olması bizim hər birimizin marağındadır. Onun problemlər girdabına salınması bizim marağımızda deyil. Ona görə də Türkiyədə törədilən terror aktları, hakimiyyətə qarşı zorakılıqlar, qeyri-konstitusion hərəkətlərin hamısının qarşısı alınmalıdır. Azərbaycan da indi olduğu kimi daim qardaş Türkiyənin yanında həmişə olacaq. Biz Türkiyənin güclü dövlət kimi inkişafının davam etməsini istəyirik. Eyni zamanda, bu gün Azərbaycan hər bir vətəndaş öz liderinin, prezident İlham Əliyevin ətrafında birləşməli, öz təhlükəsizliyini təmin etmək üçün bir sıra məsələləri həll etməyi bacarmalıdır, bəzi amilləri zərərsizləşdirməlidir".

Qeyd edək ki, terror təşkilatı yaradaraq (FETÖ) cari ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişində cəhdə rəhbərlik etməkdə ittiham edilən və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin Azərbaycanda da müəyyən dayaqlarının olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar