Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan təşkilata üzv olmaqla heç nə itirmir“


Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının növbəti toplantısı keçirilib


Sammitdə Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran, Monqolustan və Əfqanıstan prezidentləri, habelə Hindistanın xarici işlər naziri iştirak edib.

Məlum olduğu kimi, Azərbaycanın da bu quruma müşahidəçi qismində daxil olması gözlənilir. Ekspertlər bunun Azərbaycan üçün xeyirli olacağını düşünürlər. Milli Məclisin üzvü Vahid Əhmədov Bakupost.az-a müsahibəsində sözügedən mümkün üzvlüyün üstün cəhətlərindən danışıb:

– Şanxay Əməkdaşlıq Təşkilatı dünya iqtisadiyyatına təsir göstərən qurumlardan biridir. Ən azı ona görə ki, bura dünyanın iri dövlətləri toplaşıb. Azərbaycan təşkilata üzv olmaqla heç nə itirmir. Çünki bu, siyasi deyil, iqtisadi əməkdaşlıq qurumudur. Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirmək, xarici bazara çıxışını genişləndirmək, həmçinin qeyri-neft sektorunu inkişaf etdirmək üçün təşkilata müşahidəçi qismində üzv olması mümkündür. Bu, həmçinin ŞƏT-ə üzv dövlətlərin Azərbaycana sərmayə qoymasına da müsbət təsir göstərə bilər.

– Bəs, qurum özü Azərbaycanı sıralarında görməkdə nə dərəcədə maraqlıdır?

Azərbaycan İpək Yolu kimi böyük layihənin iştirakçısıdır. Bu layihə Çin və ümumiyyətlə, Orta Asiya üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan karbohidrogen, neft və qaz ehtiyatları olan dövlətdir. Bizim həm də Avropaya çıxışımız var. Bu baxımdan, təşkilata üzvlük onların da marağındadır. Biz istəyirik ki, Azərbaycan daha çox müstəqil dövlət kimi fəaliyyət göstərsin – həm siyasi, həm də iqtisadi cəhətdən. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşır, bu haqda rəylər var, protokollar imzalanır. Bu da Şanxay Əməkdaşıq Təşkilatına üzvlük məsələsində ciddi önəm daşıyır.

Azərbaycanın bu quruma üzvlüyü yaxın vaxtlarda reallaşa bilərmi?

– Bu, Azərbaycan hökumətinin apardığı danışıqlardan, həmin danışıqlara uyğun olaraq qarşı tərəfin mövqeyindən asılıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar