Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan üçün qarşıda gərgin döyüş var”


“Azərbaycanı gərgin sınaq gözləyir və ölkəmiz qərb seçimi edəcək: Rusiyanın Ukraynaya hücumuna qədər Qərb sanki eyforiyada idi. Çünki, əsas rəqib hesab edilən SSRI çökdü və kommunust ideologiyası dağıdıldı. Ona görə də qərb özünü çox rahat hiss edirdi və Rusiyadan təhlükə gözləmirdi”


PİA.Az xəbər verir ki, bunu “Azadlıq” qəzetinə açıqlamasında politoloq Vəfa Quluzadə deyib

O bildirib ki, hətta Abxaziya və Osetiya işğal ediləndə də Qərb oyanmadı. Ancaq, Rusiya Ukraynaya hücum edəndən sonra qərb anladı ki, həqiqətən də Rusiya SSRI-ni bərpa etmək istəyir və dünya üçün təhlükəyə çevrilir: “İndi qərb qarşısındakı düşməni görür və mübarizəni gücləndirəcək”.

Ekspert onu da əlavə edib ki, Azərbaycan bu prosesdə düzgün qərar verməli, qərb isə Azərbaycanı real təhlükədən qorumaldır: “ABŞ dünyanın ən güclü ölkəsidir və bir qayda olaraq potensialının hamısından istifadə etmir. Həlledici məqamda isə, tam gücünü qoyur. Indi bu nəhəng oyanıb və NATO-da bu nəhəngin bir hissəsidir. Azərbaycan balans siyasəti dövründə özünü daha konfortlu hiss edirdi. Indi isə vəziyyət dəyişib və seçim qarşısındayıq. Hər dəfə seçim anı gələndə təhlükə də yaxınlaşır. Istənilən halda Azərbaycan qərb seçimi etməlidir. Qərb isə Azərbaycanı Rusiya təhlükəsindən qorumalıdır. Rusiyada keçirilən Xəzəryanı dövlətlərin sammitində də Rusiya tələb edəcək ki, Xəzərin səthi ümumi olsun və sərhəd olmasın. Çünki, belə olduqda Rusiyanın hərbi donanması istənilən kimi hərəkət edir. Qarşıda gərgin döyüş var və ümid edirəm ki, Azərbaycan bu döyüşdən salamat çıxacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar