Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan vətəndaşlarının həyatına problemlər yaratmasınlar!“

"Hər kəsin borcudur ki, bu vəziyyətdən çıxmaq üçün öz töhfəsini versin"


 Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, son dövrlər dünyada və Azərbaycanda gedən iqtisadi proseslər və onun nəticələri vətəndaşların bu və ya digər çətinliklərlə üzləşməsinə şərait yaradıb: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin atdığı addımların məqsədi ondan ibarətdir ki, insanlar bu çətinliklərdən daha az zərərlə çıxsınlar və onların problemləri yaranmasın. Bunun üçün müvafiq qurumların qarşısında çox ciddi vəzifələr qoyulub, iqtisadi islahatların aparılması, struktur islahatlarının aparılması və ayrı-ayrı sahələrə cavabdeh olan qurumların fəaliyyətində yeni-yeni istiqamətlərin yaranması, bir sözlə, Azərbaycan iqtisadiyyatının yeni modelə keçidi dövrünü yaşayırıq".

Vitse-spiker əlavə edib ki, bu dövrdə hər kəsin üzərinə çox ciddi vəzifələr düşür: "Düşünürəm ki, bu problem hər birimizin problemidir və hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşəni etməlidir. O ki qaldı bu vəziyyətdən istifadə edərək manatın məzənnəsində öz xeyrini, mənfəətini, faydasını güdən insanlara, hesab edirəm ki, onlara qarşı cəmiyyətin çox ciddi qınağı olmalıdır. Cənab prezident çıxışlarında vurğulayır ki, belə addım atanlar, süni şəkildə qiymətləri qaldıranlar qanunun bütün gücü ilə cəzalandırılacaqlar. Prokurorluq orqanları və digər qurumlar bu istiqamətdə iş aparırlar. Mən iş adamlarına, ticarətlə məşğul olanlara müracət edirəm ki, onlar müvəqqəti çətinlikdən istifadə edərək Azərbaycan vətəndaşlarının həyatına problemlər yaratmasınlar. Hər bir kəsin borcudur ki, bu vəziyyətdən çıxmaq üçün öz töhfəsini versin".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar