Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana qarşı qərəz var“ - Razi Nurullayev


Razi Nurullayev: “Daxilində baş verən həbslər, vətəndaş cəmiyyətinə təzyiqlər beynəlxalq aləmə imkan verir ki, Azərbaycanın üzərinə gəlsin”


"Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı "Keçid dövrünün ölkələri – 2015” hesabat hazırlayıb. Hesabat 2014-cü il üçün Şərqi Avropanın, postsovet məkanının və Balkan yarmadasının 29 ölkəsini əhatə edir. Bu hesabatda Avrasiya regionunda demokratiya baxımından yalnız iki ölkədə yaxşılaşma qeydə alınıb: Gürcüstan və Ukrayna. Azərbaycan isə Tacikistan, Rusiya, Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistanla birgə ən avtoritar ölkələr qrupunda yer alıb.

Mövu ilə bağlı politoloq Razi Nurullayevin mövqeyini öyrəndik. O, PİA.Az-a açıqlamasında qeyd etdi ki, "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının siyahısında Azərbaycan həmişə önəmsiz yerdə dayanıb: "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının siyahısında Azərbaycan həmişə önəmsiz yerdə dayanıb. Son zamanlar beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda Azərbaycanın daxilində baş verən həbslər, vətəndaş cəmiyyətinə qarşı olan təzyiqlər və s. beynəlxalq aləmə də imkan verir ki, Azərbaycanın üzərinə gəlsinlər. Bu mərhələdə belə demək olar ki, bir çox azadlıqlar da məhdudlaşdırılıb. Azərbaycan hakimiyyəti qeyd edir ki, Azərbaycanda “İnsan hüquqları və mülki azadlıqlar” qorunur, amma beynəlxalq təşkilatlar tam əksini deyirlər. Azərbaycanda həbslər, müəyyən azadlıqların məhdudlaşdırılması və eyni zamanda beynəlxalq təşkilatların Azərbaycandan çıxarılması faktları da var. Bu baxımdan da, "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanı hazırladığı hesabatda avtoritar ölkə kimi qeyd edib. Belə demək olar ki, Azərbaycan hətta Belarusiyadan da geridə qalıb. Artıq Belarusiya beynəlxalq təşkilata görə daha demokratik ölkədir”.

Razi Nurullayev:"Azərbaycan hətta Belarusiyadan da geridə qalıb"


Razi Nurullayev  həmçinin vurğuladı ki, Azərbaycanda baş verənlər beynəlxalq təşkilatlar tərəfindən güzəştsiz şəkildə hesabatlara salınır: "Azərbaycana qarşı müəyyən qərəz də var. Bu da əsasən erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Amma Azərbaycan hakimiyyəti həmin o erməni lobbisin fəaliyyətini heçə endirmək və problemləri ortadan qaldırmaq üçün də ciddi siyasi addımlar ata bilmir. Hazırda Azərbaycanda həbslər baş verir və vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər var. Bütün bunlar da beynəlxalq təşkilatlar tərəfindən kompromissiz və güzəştsiz şəkildə hesabatlara salınır. Ola bilsin ki, digər ölkələrlə bağlı hansısa güzəştlər edilir, amma Azərbaycanla bağlı bu güzəştlər heç vaxt edilmir. Bu, eyni zamanda “Dağlıq Qarabağ”la bağlı məsələdə də özünü göstərir. Dünən AŞPA-da keçirilən dinləmələrdə Azərbaycanla bağlı “Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş yeddi rayon” sözü son qərarda bütün orda iştirak edən iştirakçılar tərəfindən zorən çıxarılaraq “Dağlıq Qarabağ münaqişəsi” sözü ilə əvəz olunub. Yəni beynəlxalq aləm eyni zamanda beynəlxalq təşkilatlar “Dağlıq Qarabağ”ın Ermənistan tərəfindən işğalını belə tanımaq istəmir. Hərçənd, “Avropa Məkməməsi” də bu yaxınlarda bununla bağlı qərar vermişdir. Bu məsələlər “Dağlıq Qarabağ”a və Azərbaycana olan münasibətləri bir daha açıq şəkildə göstərir”.

Nərminə Umudlu
Pia.Az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar