Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana qarşı terror təhdidi həmişə var“


Arzu Nağıyev: “...Buna qarşı da hazırlıqlı olmaq lazımdır”


Azərbaycanda İŞİD-ə və radikal dindarlara qarşı hökumətin hazırlıqlara başlaması haqda ötən saylarımızda məlumat vermişdik. 

Həmin məlumatlarda bildirilir ki, MTN, DİN və Respublika Prokurorluğunda şərti olaraq “anti-İŞİD” adlandırılan birgə qrup yaradılıb. Məlumatda o da deyilirdi ki, qrup digər dövlət orqanları ilə əlaqəli işləyir: “Xüsusilə Bakıda saqqal saxlayanlar, müxtəlif dini cərəyanlarla təmasları olan, mənzilini satıb ölkədən getmək niyyətində olanlar haqda məlumatlar toplanılır, onların çevrələri və dini baxışları araşdırılır”.

İddialara görə, Yeni il ərəfəsi Türkiyə də daxil, xüsusilə ərəb ölkələrinə getmək istəyənlərlə bağlı turist firmalarına sifarişlər belə indidən ciddi araşdırılır. “Çünki statistika göstərir ki, terror qruplarına qoşulmaq istəyənlər yaşadıqları ölkədən əsasən ”turist" kimi çıxmağa üstünlük verirlər" - deyə, məqalədə bildirilirdi.

Qeyd edək ki, MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev moderator.az saytına açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib edib. Ancaq əlavə edib ki, milli maraqları təhdid edən istənilən təhlükəni önləmək üçün zəruri addımlar atılır. Sitat: “Məsələ ilə bağlı sadəcə onu deyə bilərəm ki, dövlətin təhlükəsizliyinə, milli maraqların təmin olunmasına qarşı mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”.

Politoloq, sabiq təhlükəsizlik orqanı əməkdaşı Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda terror təhdidlərinə qarşı fəaliyyəti koordinasiya edən mərkəz mövcuddur: “Məlumdur ki, Azərbaycanda terror təhdidinə qarşı fəaliyyətləri birləşdirən Antiterror Mərkəzi mövcuddur. Eyni zamanda hər hansı bir böyük tədbir keçiriləndə hüquq-mühafizə orqanlarının birgə hərəkətini təmin etmək üçün tədbirlər planı hazırlanır. Yalnız İŞİD-ə qarşı mübarizə məqsədilə deyil, hər hansı böyük tədbir olanda ciddi təhlükəsizlik tədbirlərinin, antiterror hazırlığının görülməsi məqsədəmüvafiqdir. Yalnız İŞİD deyil, istənilən təhlükəyə qarşı fəaliyyət planları mövcuddur”. 

A.Nağıyev deyir ki, Azərbaycana qarşı terror təhdidləri daim aktual olub. Bu səbəbdən də müvafiq dövlət qurumları antiterror fəaliyyətini ciddi nəzarətdə saxlayıblar: “Yalnız İŞİD deyil, son zamanlar Qarabağda, döyüş cəbhəsində baş verən hadisələr, Ermənistan rəsmilərinin bəyanatları bu istiqamətdən də terror təhdidini gücləndirir. Bu vəziyyətdə isə qabaqlayıcı tədbirlər görmək, təhlükəsizlik tədbirlərini, kəşfiyyat, əks-kəşfiyyat işini gücləndirmək üçün qabaqlayıcı addımlar atılır. Baş verə biləcək təxribatların qarşını almaq üçün müəyyən addımların atılması zəruridir. Azərbaycan üçün təhdidlər hər zaman aktual olub. Erməni terroru təhlükəsini ötən illərdə biz yaşamışıq, Azərbaycana qarşı bir sıra terror cəhdləri olub. Bu isə istər-istəməz Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarını terror təhdidinə qarşı həmişə hazırlıqlı olmağa vadar edir. Biz heç zaman terror təhdidindən sığortalanmamışıq, təhdid həmişə var və buna qarşı da hazırlıqlı olmaq lazımdır”.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar