Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycana qarşı yalanlara imkan verməməliyik“ - Millət vəkili

Qənirə Paşayeva Türk dünyasını erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb


Q. Paşayeva  Rizədə Türk Ocaqlarının təşkil etdiyi və çoxlu sayda QHT, KİV rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edib. 

O, şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib. “Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik”.

Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib. Millət vəkili bütün beynəlxalq təşkilatlara səslənib ki, Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərsinlər: “Azərbaycanın ordusunun da, xalqının da səbri daşıb və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar”.
 
 O bildirib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılması üçün sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin, onların KİV-lərinin, erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağı tövsiyə edir. Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q.Paşayevanın çağırışına cavab olaraq tədbirin təşkilatçısı Rizə Türk Ocaqları başqanı çıxış edərək Riza Türk Ocaqlarının bundan sonra Azərbaycan həqiqətlərinin geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha da fəal rol oynayacağını deyib. Q.Paşayevaya Türk Dünyası qarşısından xidmətlərinə görə Rize türk Ocakları adından plaket təqdim ediblər. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar