Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda aktiv partlayıcılar yerləşdirilir”


Reyqanın əsas adamından şok açıqlamalar


Rusiya öz sərhədləri yaxınlığında münaqişənin baş verməsində maraqlı deyil. Bu ona sərf etmir, əksinə ABŞ üçün sərfəlidir və Azərbaycan-Ermənistan münaqişəsinin gərginləşməsinin arxasında Vaşinqton dayanır”.

Bu barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan Administrasiyasında işləyən, daha sonra “Wall Street Journal” nəşrində redaktor köməkçisi olan, “Business Week” və “Scripps Howard News Service”də ilə köşə yazıları ilə çıxış edən, “Reyqan iqtisadiyyatının atası” kimi tanınan Pol Roberts rus mediasına müsahibəsində deyib.

P.Roberst qeyd edib ki, Vaşinqton Bakının Rusiyaya qarşı çevrilməsində maraqlıdır: “Bunun üçün əlindən gələni edir. Azərbaycana qarşı insan haqları, demokratiya tənqidlərinin də arxasında bu dayanır. Vaşinqton çalışır ki, Rusiyada nifaq salsın, problemləri ortaya çıxsın və Rusiya hökuməti dünyanın heç bir yerində ABŞ-ın ambisiyalarına qarşı çıxa bilməsin. Xatırlatmaq lazımdır ki, Britaniya parlamenti ilə Rusiya hökuməti birlikdə Amerikanın Suriyaya müdaxilə təşəbbüsünü blokladı. Rusiya regionda uranın zəngilləşdirilməsi məsələsinin diplomatik həll yolunu təklif edərək İrana hərbi müdaxilənin qarşısını aldı. Beləliklə, Rusiya öz təsirindən istifadə edərək ABŞ-ın iki planının qarşısı ala bildi. Bu Vaşinqtonu əsəbiləşdirdi və onlar Ukrayna hökumətinin devrilməsini həyata keçirdilər. Bu birbaşa Rusiyaya ciddi problemlər yaratmaq üçün edildi, çünki Ukrayna əsrlər boyu Rusiyanın təsirində olub. ABŞ həmçinin başqa istiqamətlərdə səylərini artırır. Məsələn, Stalinin vətənində - Gürcüstanda işləyirlər, Azərbaycanda bu iş aparılır. Amerika Rusiyaya qarşı hər yerdə bu fəaliyyətini davam etdirəcək”.

Məşhur amerikalı siyasətçi qeyd edib ki, Xəzər regionu ABŞRusiya üçün olduqca əhəmiyyətlidir. O, Rusiyanın bu regiondakı maraqlarının Vaşinqton üçün ciddi siqnal olduğunu bildirir. Pol Robertsin sözlərinə görə, amerikalıların çoxu bu regionu heç tanımır: “Rusiyanın dağılması üçün bu region olduqca əhəmiyyətlidir. Buna görə də ABŞ bu regiondakı ölkələrin dəstəyinə nail olmaq üçün inadla işləyir. Hesab edirəm ki, Rusiya sərhədlərində Vaşinqtonun aktiv partlayıcılar yerləşdirməsi Moskva üçün ciddi problemlər vəd edir. Vaşinqtonun təhdidi artdıqca, vaxtilə Rusiyanın təsir orbitində olan bu region Moskva üçün ciddi təhlükə mənbəyinə çevrilir”.

Pol Roberst hesab edir ki, Vaşinqtonun bu siyasəti uğurludur. Onun sözlərinə görə, ABŞ Ukraynanı artıq özünə tabe etdi, həmçinin Gürcüstanı əlinə aldı: “İndi regionun digər ölkələri və Mərkəzi Asiyadakı postsovet respublikaları üzərində plan qurulur. Düşünürəm ki, bu da uğur qazanacaq, çünki pul möcüzələr yaradır. Bu alət Vaşinqtonda uğurla istifadə olunur”.
 
Amerikalı siyasətçi əlavə edib ki, ABŞ xarici siyasətinin əsas prioriteti Rusiyanı məhv etməkdir.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar