Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda bəzi QHT casus yuvası olub”


"Həmin QHT rəhbərlərinin kökünü, etnik mənşəyini göz önünə gətiriləndə, həmin şəxslərin indiyədək Azərbaycanda aşkarcasına fəaliyyət göstərməsi belə adama qəribə gəlir”


Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.S. Rüstəmxanlı bəzi QHT təmsilçilərinin həbsinə münasibət bildirərək, onların içində Azərbaycan qanunlarına zidd addım atanların olduğunu vurğulayıb: 

"Yəni, ən azı onların işlərinə baxanda görürəm ki, mənim düşüncə tərzimə uyğun olmayan bir sıra proqramlar həmin QHT-lərin vasitəsi ilə həyata keçirilir. Bəzilərinin aldığı pulların mənbəyi də qaranlıqdır. Bu baxımdan onların içərisində Azərbaycan qanunlarına zidd addım atanlar da var. Ancaq kütləvi şəkildə gənclərə qarşı təzyiqlər məni ciddi şəkildə narahat edir və buna qarşı barışmaz mövqedə dayanıram”.

O, müxalifyönümlü siyasi partiya rəhbərlərinin QHT təmsilçilərinin həbsi ilə bağlı təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasının səbəbini də açıqlayıb. S. Rüstəmxanlı bildirib ki, sözügedən qurumun fəaliyyəti VHP tərəfindən araşdırıldıqdan sonra orda iştirak edib-etməmək barədə qərar veriləcək: 

"Mən Azərbaycanda deyildim. İki gün öncə Türkiyədən qayıtmışam. Telefonla Mirmahmud Mirəlioğlu ilə danışığımız olub. Amma mənim yaranan qurumun çərçivəsi, məqsədi, təşəbbüskarları haqqında ciddi məlumatım yoxdur. Məlumat olmadığına görə həmin qurumda iştirak edib-etməyəcəyimiz barədə bir söz deyə bilmərəm. Bu məsələ hələ araşdırılmalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar