Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda dinə əsaslanan dövlət qurula bilməz”


“Taleh Bağırov bir neçə gün öncə, bu hadisələrə qədər də bir insident yaşamışdı"


"Mənə elə gəlir ki, Taleh Bağırov həmin insdentdən sonra nəticə çıxarmalı, öz hərəkət və davranışlarında korrektə etməli idi. Əgər xaricdən təsir var idisə, bundan imtina etməli idi. Və din xadimidirsə, dini dəyərlərə söykənərək öz ibadətini etməli, mənəvi dəyərlərimizin zənginləşməsi üçün töhfəsini verməli idi. Ancaq Taleh Bağırov bu yolu seçmədi. Bəlli oldu ki, bu adam dindən daha çox siyasətlə məşğuldur, din pərdəsi altında başqa fəaliyyətlər görür”.

Bunu Teleqraf.com-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:
 
- Noyabrın 26-da Nardaranda baş verən hadisəni necə qiymətləndirirsiniz?

- Hadisə iki gün əvvəl baş verəndə məlumatlar məhdud idi. Sonradan Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin verdiyi birgə bəyanatla tanış oldum. Azərbaycan dövlətçiliyinin təhlükəsizliyinə qarşı yaranan istənilən təhlükəyə qarşı münasibətim mənfidir. Radikalizm istər siyasətdə, istərsə də dində olsun, bu, insanlara və cəmiyyətə xoş perspektivlər vəd etmir. Ortaya çıxan istənilən anlaşılmazlığın yolu konstruktiv düşüncə və müzakirələrdən keçir. Bu mənim qəti qənaətimdir. 
Zaman-zaman Azərbaycanda ən müxtəlif sektalar, dini məzhəblər adı altında xarici qüvvələrin təsirinin olduğu radikal qruplaşmalar ortaya çıxır. Bunlar Azərbaycanın mövcud hüquqi sisteminə, konstitusiya ilə müəyyən olunan dövlət quruluşuna təhdidlərini irəli sürüb, addımlar atıblar. Hər zaman da dövlətlə üzə-üzə gələndə dövlət qanunlara söykənərək onlara lazımi cavablar verib. Əminəm ki, bundan sonra da belə olacaq. 

- Hadisəyə səbəb olan, “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov barədə fikriniz necədir?

- Taleh Bağırov bir neçə gün öncə, bu hadisələrə qədər də bir insident yaşamışdı. Mənə elə gəlir ki, Taleh Bağırov həmin insdentdən sonra nəticə çıxarmalı, öz hərəkət və davranışlarında korrektə etməli idi. Əgər xaricdən təsir var idisə, bundan imtina etməli idi. Və din xadimidirsə, dini dəyərlərə söykənərək öz ibadətini etməli, mənəvi dəyərlərimizin zənginləşməsi üçün töhfəsini verməli idi. Ancaq Taleh Bağırov bu yolu seçmədi. Bəlli oldu ki, bu adam dindən daha çox siyasətlə məşğuldur, din pərdəsi altında başqa fəaliyyətlər görür. 

Konkret olaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə bəyanatda qeyd olunur ki, Azərbaycanın konstitusiya quruluşuna qarşı çıxaraq, ölkəmizdə islam dövləti yaratmaq, Azərbaycanın şəriət qanunları ilə idarə olunması məsələsini qarşıya məqsəd kimi qoyub. Hətta terror aktları həyata keçirmək, silahlı hücumlar və üsyanlar, qarşıdurmalar etməklə öz məqsədinə çatmaq kimi bir yol tutub. Bununla bağlı da, Azərbaycan dövləti öz iradəsini ortaya qoyub. 

Çox təəssüflə deyim ki, noyabrın 26-da Azərbaycan dövlətinin keşiyində duran iki polis əməkdaşı öz həyatlarını qurban verdilər, Azərbaycan dövlətçiliyi yolunda şəhid oldular. Doğrudan da, din pərdəsi altında təhdidlər var. Azərbaycanın konstitusiya quruluşuna qarşı xoşagəlməz hərəkətlərin edilməsi cəhdləri var. Bütün bunlar şübhəsiz ki, sübuta yetiriləcək. Mən dəfələrlə söyləmişəm, bugün də qeyd edirəm ki, ən müxtəlif cəhdlərə baxmayaraq, Azərbaycanda dini radikalizmə yer olmayacaq. Bu, son dərəcə aydın bir məsələdir. Azərbaycan xalqı çox tolerant xalqdır. 

- Siz tarixçisiniz. Dini siyasətə qatmaqla Azərbaycanda hansısa aktivlik nümayiş etdirmək və hansısa siyasi məqsədlərə nail olmaq nə dərəcədə mümkündür?

- Azərbaycanda bu, mümkün deyil. Bunu birmənalı qəbul edin. Çünki Azərbaycan xalqı, onun düşüncə tərzi, yaşamı dünyəvilik üzərində qurulub. Bu, son dərəcə dəqiq məsələdir. Bunun üzərinə hər hansı bir kölgə salmaq da mümkün deyil. Quzey Azərbaycanın taleyi, onların son 200-300 ildə keçmiş olduğu tarixi proseslər sübut edir ki, Azərbaycanda biz türklər dünyəviliyə daha çox meyilliyik. 200 ildən çox zaman kəsiyində Quzey Azərbaycanda dini radikalizm, dini baxışlar üzərində mübarizə aparmaq meyilləri və cəhdləri özünü doğrultmayıb. 

1918-1920-ci illərdə Quzey Azərbaycanda Şərqin ilk demokratik cümhuriyyəti qurulub və dünyaya nümunə olacaq töhfələr verilib. Sonrakı tarixi proseslərdə də dini şəriət qayda-qanunları üzərində həyatımızı qurmağa heç zaman meyl göstərməmişik. Əksinə, bir millət olaraq buna rədd cavabı vermişik. Odur ki, dini siyasətə qatmaqla hansısa məqsədlərə çatmaq real görünmür. Bu yolun uğuru və perspektivi də ola bilməz. Dini siyasətə qatmaq, din vasitəsilə Azərbaycanda nəyəsə nail olmaq, xalqın inamını qazanmaq birmənalı mümkün deyil. 

Çünki Azərbaycan xalqı dünyəviliyi qəbul edən, hüquqi dövlətə sədaqət nümayiş etdirən millət imicini formalaşdırıb. Heç bir halda Azərbaycanda dinə və şəriətə söykənən ictimai quruluşun yaradılması mümkün deyil. Qeyd edim ki, Cənub Azərbaycanda bu xətt farsların vasitəsilə reallaşır. Baxmayaraq ki, mən güman etmirəm ki, Xomeyninin hakimiyyətə gəlməsində, dövlətin din, şəriət üzərində qurulmasında azərbaycanlılar maraqlı olub. Şəxsən mənim buna inamım yoxdur. Lakin ola bilsin ki, həmin dövrdə İranda belə bir mühit var idi və bu mühit əsasında İran İslam Respublikası qurulub. İran İslam Respublikası bu gün dini dövlətdir, şəriət qaydaları orada möhkəmdir. Ancaq digər islam ölkələrində başqa durum mövcuddur. Özünü Pakistan İslam Respublikası adlandıran Pakistanda da fərqli cəmiyyət var, dünyəvi dövlət kimi öz fəaliyyətini aparır. 

Dünyanın ayrı-ayrı yerlərində, habelə ərəb ölkələrində dini şəriət qaydaları hökm sürsə də, radikalizm həlledici rol oynamır. Bu baxımdan din üzərində üstün mövqe qazanmaq, xalqın etimadını əldə edərək hakimiyyətə yiyələnmək perspektivini görmürəm və sadəcə olaraq, bu, mümkün deyil.  Bu yolla, yəni şəriət vasitəsilə Azərbaycanda konstitusiya quruluşunu dəyişmək cəhdləri hər zaman məğlubiyyətə düçar olub. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Onun konstitusiya quruluşunu devirməyə doğru göstərilən cəhdlərin qarşısı alınacaq. Ona görə də, bu yolu tutanlar tövbə etməli və islamın, Quranın ortaya qoyduğu dəyərlərə uyğun şəkildə xidmətlərini göstərməlidirlər. 

- Azərbaycanda dini siyasiləşdirmək, hansısa məqsədlərə nail olmaq istəyi bizdəki bəlli dini icmaların öz düşüncəsidir, yoxsa bu ideya kənardan gəlir?

- Mənə elə gəlir ki, bunun kənar təsirləri mövcuddur. Çünki Azərbaycanda dini radikalizm üçün əlverişli şərait yoxdur. Başqa sözlə, cəmiyyətimiz, dövlət quruluşumuz, insanların dünyagörüşü, baxışlar sistemi belə halları qətiyyətlə rədd edir, onu qəbul etmir və radikalizm üçün şərait yaratmır. Ayrı-ayrı ölkələrdə dini təhsil alan insanlar gənc yaşlarında tora düşürlər. Orada bu gənclərin beyni və təhsili üzərində ciddi işlər aparırlar. Onlar dini təhsil almaqla eyni zamanda həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən ələ alınırlar. 

Beləliklə də, onlar öz ölkəsinə qayıtdıqdan sonra bağlı olduğu xüsusi xidmət orqanlarının proqramına uyğun olaraq addımlar atır, tapşırıqları yerinə yetirirlər. Bu cür insanlar xaricdən dəstək alırlar. Bu dəstək həm ideoloji, həm təşkilati, həm də maliyyə baxımından olur. Beləcə, yardım və dəstək alaraq Azərbaycanda öz fəaliyyətlərini qurmağa çalışırlar. 

- Nəticə olmursa, nədən bu fəaliyyəti davam etdirirlər?

- Şübhəsiz ki, bu fəaliyyətin nəticəsi ola bilməz. Azərbaycan müstəqillik əldə etdikdən sonra belə cəhdlər baş verib. Lakin bu hərəkətlərin qarşısı qətiyyətlə alınıb. Sizə, bir maraqlı məsələni xatırladım. Sovet İttifaqının dağılması dövründə SSRİ-nin təmsilçilərindən biri olan Primakov 1990-cı ilin 20 yanvar faciəsindən sonra Şeyx həzrətlərinə hakimiyyəti götürməyi təklif etmişdi. Şeyx də çox ağıllı hərəkət edərək bu təklifdən imtina etmişdi. 

Beləliklə də, dini rəhbərin hakimiyyətə gəlməsi və “Azərbaycanda İslam dövləti yaradılır” adı altında ölkəyə daha böyük qan uddurmaq planları alt-üst olmuşdu. Yəni din xadimi kimi Şeyxülislam özünün dövlətçilik psixologiyasında dünyəviliyi daşıyırsa və buna rəğbət bəsləyirsə, deməli, Azərbaycanda heç bir halda dinə əsaslanan dövlət qurula bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin gücü, qüdrəti var. Dövlətin gücü və qüdrəti ilə də hər kəs hesablaşmalıdır. 

- Hazırda Azərbaycana dost olan Türkiyə və Rusiya arasında münasibətlər kəskin fazaya daxil olub. Bu məsələyə Sizin yanaşmanız necədir?

- Türkiyənin vermiş olduğu məlumatlar sübut edir ki, Rusiyaya məxsus olan hərbi təyinatlı təyyarə həmin ölkənin sərhədini pozub. Bu, kifayət qədər inandırıcıdır. Bundan öncə bir neçə dəfə Rusiya tərəfindən Türkiyənin hava sərhədləri pozulub. Ortada Türkiyənin xəbərdarlıqları mövcud idi. Hətta Rusiyanın Türkiyədəki səfirliyi çağırılaraq xəbərdarlıq edilmişdi. Rusiya Türkiyənin xəbərdarlıqlarına məhəl qoymadan beynəlxalq hüququn qadağan etdiyi davranışları nümayiş etdirməkdədir. 

Türkiyə haqlı olaraq son xəbərdarlıqdan sonra bu addımı ataraq hava məkanını bir dövlət kimi qoruyub. Mənə elə gəlir ki, Rusiyanın hava məkanına hər hansı bir təyyarə daxil olsaydı, Rusiya da eyni şəkildə addım atardı. Rusiyanın indi hər hansı şəkildə özünə haqq qazandırması, guya sərhədin pozulmamasına dair dediyi fikirlərin əsası yoxdur. Türkiyə kanallarında xəritəni ortalığa qoydular, dəqiqliklə koordinatları göstərdilər. 

Düzdür, məsələyə Rusiya tərəfindən kəskin reaksiyalar verilib. Türkiyəyə qarşı kəskin bəyanatlar səslənməkdədir. Dünən Rusiyanın birinci kanalında böyük isterika hökm sürürdü. Vaxtilə Çeçenistanda gedən döyüşlərdə yaralanan çeçenlərin Türkiyə xəstəxanalarında müalicəsinə qədər kadrları ortalığa qoydular. Türkiyə ciddi ideoloji ittihamların qarşısındadır. Bunun Azərbaycana təsirinə gəlincə isə, biz çalışmalıyıq ki, bütün məsələlərdə neytral qalaq. Qardaş Türkiyə də başa düşər ki, biz bu nəhənglərin arasına girməməliyik. Elə etməyək ki, Rusiya bizə aqressivliyini göstərə bilsin. Hazırda qızışmış, dünyaya od-alov saçan qüvvələrin ortasında qalmamalıyıq. Onların hər hansı birinin tərəfində olmamalıyıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar