Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda elə şəxs var ki, Gülənə itaətdən sonra milyonlar topladı“


Ankarada 15 iyul hərbi çevrilişə cəhddən sonra Türkiyədə hökumət strukturlarından tutmuş bütün digər dövlət orqanlarında dövlətə xəyanət ittihamına görə həbslər davam etməkdədir


Bəs görəsən hərbi çevrilişə cəhddə, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının da əli olan varmı?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə XİN sistemində, diplomatik korpuslarında da xəyanətkar qüvvələrin olması istisna deyil və onlar da aşkar olunaraq təmizlənəcək:

“15 iyul hərbi çevrilişə cəhdin uğursuzluğa düçar olması Ərdoğanın Gülənə qarşı mübarizəsini daha genişləndirməyə imkan verir. Bu mənada Ərdoğan Gülən şəbəkəsinə bağlı insanları bütün dövlət idarələrindən, polis və ordudan kütləvi sürətdə uzaqlaşdıracaq. Bu deyilənlər Türkiyə XİN-ə də aiddir.
Fətullah Gülən tərəfdarları ilə birgə dövlət içində dövlət yaratmaq planını 30 ildən çoxdur həyata keçirir. 1980-ci illərdən Gülən şəbəkəsinə qoşulan gənclər sonrakı illərdə bütün dövlət orqanlarında möhkəmləndilər. Gülən şəbəkəsinin mason lojasından fərqi yoxdur, çünki o, ancaq öz adamlarına dəstək verir.

Mən Azərbaycan elə şəxs tanıyıram ki, pul qazanmağa imkanı yox idi, adicə dükan belə aça bilmirdi, ancaq Gülən şəbəkəsinə itaət etdikdən sonra ard-arda yaratdığı şirkətlər hesabına milyonlar topladı və həmin milyonlarda lojaya da haqq verirdi. İstisna etmirəm ki, Türkiyə XİN-də də şəbəkəyə bağlı diplomatlar var”.

Politoloq hesab edir ki, xəyanətkar qüvvələrin bəziləri çevriliş cəhdindən öncə Fətullah Gülən şəbəkəsi ilə əlaqələrini kəsiblər. Amma yenə də ona müəyyən edilərək vəzifələrdən uzaqlaşdırılacaqlar:

"Doğrudur, bəlkə də o diplomatlar çevriliş cəhdindən sonra bəlkə də şəbəkə ilə təmaslarını kəsiblər, ancaq AKP hökuməti belələrini də müəyyənləşdirib vəzifələrindən uzaqlaşdıracaq.

Elə götürək Gülənin Azərbaycandakı təhsil ocaqlarını. Oralarda müxtəlif tədbirlərə daha kimlər qatılmadı ki?! İçərlərində Türkiyə diplomatları da var idi”.

Politoloq Fərhad Mehdiyev də belə hesab edir ki, hərbi çevrilişə cəhddə, xəyanətdə əli olan türk diplomatlar var:

“Hərbi çevriliş cəhdindən sonra AKP hökuməti həm dövlət və həm də özəl sektorda xəyanətkar qüvvələrin təmizlənməsini davam etdirməkdədir. Əlbəttə ki, biz bunu Türkiyənin XİN sistemində də görəcəyik.
Hər halda artıq Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) bu istiqamətdə araşdırmalara başlayıb.

Ola bilsin ki, Türkiyənin diplomatik şəbəkələrində, XİN sistemində Fətullah Gülənə simpatiya bəsləyən əməkdaşlar da var. Bunu hələ ki, heç kəs dəqiq deyə bilməz ki, həmin qüvvələr konkret olaraq Türkiyə diplomatik korpusunun hansı regionlarındadır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar