Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda məni tikə-tikə edərlər...” – Rus milyarder


“Azərbaycanda məni tikə-tikə edərlər...”


Azərbaycan Respublikasının təşəbbüsü ilə beynəlxalq axtarışda olduğum üçün bu ölkə mənim saxlanılmağımı və onlara təhvil verməyimi istəyirdi. 

Azvision.az xəbər verir ki, bu sözləri Rusiyanın “Komsomolskiy Pravda” qəzetinə müsahibəsində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən rus biznesmen Qerman Sterliqov bildirib. 

Ötən gün Rusiyada saxlanılan və sonra azad edilən iş adamı axtarışda olsa da heç bir ölkəyə təhvil verilməyəcəyini deyib. 

Rusiya Federasiyası öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir. Ona görə də hər şey qaydasındadır. Mən Rusiya polisi və prokurorluğu tərəfindən aparılan tez və aydın şəkildə aparılan bütün lazımı proseduralardan sonra “Aeroekspress”lə Moskvaya gedirəm. Məni oğlum gözləyir. Biz öz təsərrüfatımıza - kənd işləri ilə məşğul olmağa gedirik”

Sterliqovun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları ona qarşı heç bir iddiası yoxdur: “Bundan əlavə, onlar əmin etdilər ki, məni nə Azərbaycana, nə də üçüncü ölkəyə təhvil verəcəklər. Çünki, heç bir Rusiya vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz. Rusiya vətəndaşlarını Rusiya qanunlarına görə mühakimə edirlər. Bu işləri isə Rusiya hüquq-mühafizə orqanları məşğul olur”.

Biznesmen Rusiyaya qayıtdığı üçün şad olduğunu da bildirib: “Mən rahat şəkildə öz evimə gedirəm. Artıq Rusiyaya gəlmişəm. Buna görə çox şadam. Mən həyat yoldaşımla birgə öz vətənimdə olduğum üçün çox şadam”.

Lakin Sterliqov həmçinin Dağlıq Qarabağa tez-tez səfər edəcəyini vurğulayıb. 

“Bizim orada böyük planlarımız, maraqlı ideyalarımız var. Dağlıq Qarabağ ekologiya, təbiət baxımından bu ideyalar üçün unikal meydançadır”.

Rusiyalı biznesmen təkrar saxlanılacağından ehtiyat edir: “Əgər mən Gürcüstana gəlsəydim və orada Azərbaycan tərəfindən axtarışda olsaydım, onda ən yaxşı halda gürcülər mənim əllimi qandallayıb və Azərbaycana təhvil verərdilər. Orda isə məni şərti olaraq deyim ki, tikələrə bölərdilər. Lakin Rusiyaya gəldiyiniz zaman siz təhlükəsiz əraziyə gəlirsiniz. Lakin digər ölkələrə gəldikdə isə sən həbs oluna bilər və öz düşmənlərinə təhvil verilə bilərsən”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar