Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanı da Liviyanın gününə salmaq istəyirsiniz?” - maltalı parlamentar


Xəbər verildiyi kimi, iyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən yay sessiyası zamanı Azərbaycanda demokratik institutların vəziyyətinə dair hesabat müzakirə olunub


AŞ PA məruzəçiləri Tadeuş İvinski və Pedro Arqamuntun hazırladığı hesabat səs çoxluğu ilə qəbul edilib. Müzakirələr zamanı Azərbaycanın ünvanına bəzi parlamentarilər tərəfindən haqsız tənqidlər də səsləndirilib.

Müzakirələrdə AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, səlahiyyətləri bu ilin yanvarında başa çatan maltalı Jozef Debano Qrex də çıxış edib. 

O, Azərbaycanın  insan haqlarına və demokratiyaya görə yenidən AŞ PA-da müzakirəyə çıxarılmasından narazılığını ifadə edib.

Debano Qrex deyib ki, İlham Əliyev hakimiyyətinə qarşı hücumları anlamır: “Çünki o hakimiyyətdə olmasa neft və qazla zəngin olan Azərbaycanı Liviya və ya İraqın aqibəti gözləyir”.

“Mən 9 ildir AŞ PA-nın üzvüyəm və müzakirə mövzusu həmişə Azərbaycan olur. Nə baş verirsə versin, ancaq Azərbaycan mövzusudur. Sovet İttifaqıın tərkibində olan ölkələrin əksəriyyətinin adı burada çəkilmir, ancaq Azərbaycanın adını çəkirlər. Mən demirəm ki, Azərbaycan ideal ölkədir, əksəriyyətimizə də məlum olduğu kimi, bu ölkə mükəmməl deyil. Ancaq heç bir ölkə mükəmməl deyil, hətta burada, Qərbi Avropanın özündə belə...” - deyə Debano Qrex qəzəbli çıxışında bildirib.

Keçmiş məruzəçi Ukraynanı, Liviyanı, İraqı misal göstərib: “Bizim Ukrayna ilə bağlı problemlərimiz var, orada xaos hökm sürür. Mən özüm Aralıq dənizi ölkəsindənəm və diktatorların tərəfində deyiləm. Hamı istəyirdi ki, Qəzzafidən, Səddam Hüseyndən azad olsun. İndi Qəzzafidən yaxa qurtardıq, Səddamdan yaxa qurtardıq. Əvəzində nə əldə etdik? Yalnız xaos!”

Nitqinə davam edən maltalı deputat daha sonra deyib: “Nədir, biz Azərbaycanda xaos istəyirik? İlk dəfə mən Azərbaycan üzrə məruzəçi təyin olunanda həmkarım cənab Aqramuntla ora getdim və müxalifətlə, QHT təmsilçiləri ilə görüşdüm. Onların istədiyi yeganə şey bu idi ki, biz hökuməti devirək. Mən dedim ki, biz bunu edə bilmərik; Avropa Şurası hökumətlərin devrilməsində iştirak etmir, bu, bizim işimiz deyil. Bizim işimiz bu ölkələrə daha demokratik olmaqda kömək etməkdir”.

Debano Qrex deyib ki, AŞ PA deputatları 20 il əvvəl müstəqil olan keçmiş sovet respublikasının  demokratikləşmə məsələsində Qərblə bərabər olmasını gözləməli deyil.(virtual.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar