Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanı dəstəkləmək lazımdır“ - Natali Qule


“Eurovision-2012”, “Bakı-2015” birinci Avropa Oyunları kimi mühüm tədbirlərə ev sahibliyi edən Azərbaycan bu gün beynəlxalq səviyyədə tanınır


Bu fikri Fransa Senatının üzvü Natali Qule “L`Orne Combattante” portalına müsahibədə deyib.

Fransanın Orn departamentinin Montiyi-sür Nuaro qəsəbəsində təşkil olunacaq yarmarkada iştirak üçün Azərbaycanın da dəvət olunmasından bəhs edən senator artıq 15 ildir ölkəmizi tanıdığını bildirib. O, bu yarmarkanın beynəlxalq səviyyədə tanınmış, dinamik iqtisadi inkişafa malik ölkəmizlə Orn departamenti arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib. N.Qule hər iki ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrdən də danışıb.

Bəzən Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirildiyini deyən fransalı senator bunların qərəzli və qeyri-obyektiv olduğunu vurğulayıb. O, Azərbaycanın gənc ölkə olduğunu və ikili standartlara məruz qaldığını diqqətə çatdırıb. Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan N.Qule bildirib ki, demokratik inkişaf yolunda olan bu ölkəni dəstəkləmək lazımdır.

Azərbaycanın Ermənistan ilə müharibə şəraitində olmasından söhbət açan senator Fransada fəaliyyət göstərən mətbuat orqanlarının bu məsələdə susqunluq nümayiş etdirdiyini təəssüflə bildirib.

N.Qule xalqları, mədəniyyətləri birləşdirən müxtəlif festivallar vasitəsilə mədəniyyət sahəsində əlaqələri möhkəmləndirməyə və ümumi dəyərləri təşviq etməyə çağırıb.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar