Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın enerji resursları İpək Yolunun bərpasında mühüm rol oynayır“


Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “The Silk Road Effect” (“İpək Yolunun səmərəsi”) adlı interaktiv iclasda iştirak edib


PİA.AZ-ın APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 
 
Dövlət başçısı iclasda çıxış edib və sualları cavablandırıb.
 
Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak ediblər.
 
Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən prezident İlham Əliyev bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını deyən dövlət başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirib, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırıb. İpək Yolunun ölkələr arasında dostluğun və əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini deyən prezident İlham Əliyev ötən ilin Azərbaycanda “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirib, bu çərçivədə həyata keçirilən tədbirlərin həm də İpək Yolu layihəsinin uğurla reallaşmasına töhfə verəcəyini vurğulayıb. Dövlət başçısı İpək Yolu üzərində yerləşən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə əlaqələndirmə qurumunun yaradılmasının əhəmiyyətinə toxunub, bunun bir çox layihələrin nəzərdən keçirilməsi, qərarların qəbul olunmasına imkan verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev hazırda yüklərin İpək Yolu ilə daşınması üzrə müxtəlif ölkələrlə əməkdaşlıq üzərində iş getdiyini diqqətə çatdıraraq Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tədbirlər gördüyünü bildirib.
 
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra tədbirlərin görüldüyünü, Azərbaycanın enerji resurslarının İpək Yolunun bərpasında mühüm rol oynadığını deyən prezident İlham Əliyev bu resursların ətraf mühitə təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. İpək Yolu layihəsinin insanlar arasında da əlaqələrin qurulmasına kömək edəcəyini deyən dövlət başçısı bunun ölkəyə daha çox turistlərin cəlb edilməsinə imkan verəcəyini bildirib. Bu məqsədlə hazırda Azərbaycanda elektron viza sisteminin tətbiq olunduğunu, bunun isə əcnəbilərə Azərbaycana gəlmək üçün vizanı 3 gün ərzində almağa imkan yaratdığını vurğulayıb.
 
Bununla da yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri başa çatıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar