Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın ərazi bütövlüyü kompromis elementi ola bilməz“


"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz və olmayacaq. Bizim heç bir üzv dövlətə qarşı ərazi iddiamız yoxdur, biz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnamələri əsasında qanuni olaraq bizə məxsus olanı tələb edirik"


Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT-in təhlükəsizlik məsələləri ilə bağlı illik icmal konfransı çərçivəsində "ATƏT məkanında münaqişə vəziyyətləri" mövzusundakı işçi sessiyaya ünvanlanmış bəyanatında deyilir.

Substantiv danışıqların yenilənməsi üçün hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir
Bəyanatda qeyd edilir ki, Vyana və Sankt-Peterburqda baş tutan son yüksək səviyyəli toplantılar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxşı imkan yaradıb: "Danışıqların müsbət atmosferdə keçməsini alqışlayırıq. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün substantiv danışıqların təxirə salınmadan yenilənməsi vacib əhəmiyyət kəsb edir. Substantiv danışıqlardakı irəliləyiş "status-kvo"nun dəyişilməsi istiqamətində arzulanan uğura gətirib çıxara bilər. Erməni işğalçı qüvvələrinin dərhal çıxarılması regiondakı dinamikanı dəyişəcək, region xalqları üçün faydalı olan münasibətlərin normallaşmasına yol açacaq. Substantiv danışıqların yenilənməsi üçün hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir və son yüksək səviyyəli müzakirələr nəticəsində əldə edilmiş nailiyyətləri zəiflədir".
 
Bəyanatda bildirilib ki, Azərbaycan torpaqlarının  işğal altında saxlanması Helsinki Yekun Aktında əksini tapan prinsiplərlə üst-üstə düşmür və işğala dərhal son qoyulmalıdır: "Azərbaycan təcavüzün qurbanı olaraq münaqişənin tez bir zamanda həllində ən çox maraqlı olan tərəfdir. Bizim ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda iştirakımız  münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizi göstərən aydın işarədir. Eyni zamanda, uzunmüddətli həllə gətirib çıxaracaq effektiv prosesin tərəfdarıyıq". (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar