Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın tək yolu Ermənistanın başı qarışan zaman hücuma keçməsidir“



Heydər Camal deyir problemin heç bir siyasi və ya diplomatik həllini görmür


"Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar. Bu problemin heç bir siyasi və ya diplomatik həllindən söhbət gedə bilməz".

PİA.AZ ANS PRESS-ə istindən xəbər verir ki, bunu Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal jurnalistlərə müsahibəsində deyib. Politoloqun fikrincə, ümumiyyətlə, Cənubi Qafqazda erməni faktının olması Rusiyanın imperialist siyasətinin nəticəsidir. "Rusiya erməniləri regionda islamın və müsəlmanların hökmranlığını neytrallaşdırmaq üçün bir alət, "beşinci kolon" kimi istifadə edirdi", - deyə o əlavə edib.

Politoloq həmçinin qeyd edib ki, ermənilərlə sülh yolu ilə razılığa gəlmək mümkün deyil. "Azərbaycanın tək yolu Ermənistanın tərəfdaşlarının öz problemlərinə başı qarışan zaman hücuma keçməsidir. Burada, əlbəttə ki, Rusiya Federasiyası nəzərdə tutulur".

Heydər Camal İŞİD-in Azərbaycan üçün nə dərəcədə təhlükəli olması haqqında suala da cavab verib. Onun sözlərinə görə, hal-hazırda İŞİD-in əsas hədəfi Səudiyyə Ərəbistanıdır və onun diqqəti bu regionda cəmlənib. "Başqa məqsədlər isə hələlik onlar üçün aktual deyil".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar