Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlılara işgəncələr verirlər“


Əli Həsənov ermənilərin buna görə görüşə imkan vermədiyi qənaətindədir...


Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni girovluğunda olan kəlbəcərlilərdən danışıb

Nazir müavini ermənilərin əllərində olan məcburi köçkünlərə müxtəlif ləkələr yaxdıqlarını deyib. 

“Deyirlər onlar diversantdırlar. Onlar öz torpaqlarına gediblər. Onları qınamaq olmaz. Onlar əsl vətənpərvər və gənclərimizə nümunədirlər. Əgər onlar öz kəndlərinə gediblərsə, bunun harası diversantlıqdır? İndi açılmamış cinayətləri ermənilər onların üzərinə atacaqlar”. 
Ə.Həsənov Azərbaycanın həmişə beynəlxalq təşkilatlara ermənilərin necə olduğunu dediklərini xatırladıb: “Niyə ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) onlarla görüşə icazə vermirlər? Çünki onlar azərbaycanlılara işgəncələr verirlər. Ona görə onlara görüş təyin etmirlər”.

Nazir müavini mətbuat nümayəndələrini də ehtiyatlı olmağa çağırıb. O, qeyd edib ki, öldürülmüş şəxslə bağlı bu günün sonunda bəyanat veriləcək. Baş nazirin müavini həmçinin bir neçə gün öncə tənqid etdiyi BQXK-nın fəaliyyətindən danışıb. O qeyd edib ki, BQXK göstərişlərdən sonra araşdırma aparıb və nəticəsini də açıqlayacaq.

Əli Həsənovun sözlərinə görə, hər gün bu barədə prezidentə məlumat verilir: “Artıq prezident girovlar məsələsini öz diqqətində saxlayır və məsələyə nəzarət edir. O, hadisələrin gedişatı ilə hər gün maraqlanır”. Nazir müavini Dilqəm Əsgərov və Şahbaz Quliyevin qohumlarına da müraciət edərək onlar barədə lazım olmayan məlumatlar verməməyə çağırıb.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar