Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” gənclərə dəstəyini davam etdirir


Şirkət Karyera Günü və İş Yarmarkasında iştirak edib


Hər zaman gənclərə dəstək olan “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları departamentinin əməkdaşları  ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi və Amerika Mərkəzinin tələbələr və məzunlar üçün təşkil etdiyi Karyera Günü və İş Yarmarkasında iştirak edib.

Şirkət nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və Azercell-də mövcud olan vakansiyalar barədə yarmarka iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-də işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat verib, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar.  Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Yarmarka zamanı iştirakçılar üçün “Şəxsi iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”, “Uğurlu karyera qurmaq: Qeyri-kommersiya şirkətlərində işin çətinlik və perspektivləri”, “Şəxsi brendinizi necə yaratmalı”, “ Şəxsi iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, “İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”,” Uğurlu karyera qurmaq: Uğurlu və layiqli karyera qurmanın 10 yolu” və “Karyera planlaşdırması və həyatdan nə istəyirsiniz” mövzusunda sessiyalar keçirilib. Günün ikinci yarısında tələbə və məzunların müxtəlif yerli və beynəlxalq şirkətlərinin nümayəndələri ilə görüşməsi və bu şirlkətlərdə işləməyin fayda və imkanları haqqında məlumat verilib. 
 
Qeyd edək ki, “Azercell Telekom” MMC daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercellin təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar