Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərpoçt”un keçmiş rəhbəri 2 milyon manat ödədi


“Azərpoçt”un keçmiş rəhbəri 2 milyon manat ödədi – “Rabitə işi”


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri və onunla birgə ittiham olunan şəxslər dövlətə vurduqları ziyanı tam olaraq ödəyiblər.

Lent.az-ın məlumatına görə, son olaraq "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam olaraq ödəyib. Ona bu pulu ödəməkdə dost-tanışlarının kömək etdiyi bildirilir.
 
Qəmbər Bəybaleyevin yaxınları xəbəri təsdiqləyib.
 
Xatırladaq ki, ötən proses nazirliyin nümayəndəsi ödənişlərin başa çatması üçün məhkəmədən vaxt istəyib, Qəmbər Bəybalayev isə buna etiraz edərək məhkəmənin yekunlaşmasını və ziyanı ödəməyə pulunun olmadığını, əgər dostları tərəfindən hər hansı ödəniş olsa o borcu qaytara bilməyəcəyini söyləyib: "Heç zaman pul yeməmişəm. Mən kişi kimi işləmişəm. Heç vaxt paket almayıb, paket paylamamışam.”
 
O, pulu yalnız sabiq nazir Əli Abbasovdan alıb qaytara biləcəyini qeyd edib: "Əli Abbasovun yerində özüm olsaydım həbsə heç bir rabitəçinin girməsinə imkan verməzdim".
 
Onu da qeyd edək ki, bununla da "Rabitə işi" üzrə təqsirləndirilən hər biri dəymiş ziyanı tam ödəyib.
 
Prokuror Fərid Nağıyev çıxışı zamanı  Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar